20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Ukraynanın “Patriot” və İRİS-T sistemləri tükənib?
Tarix: 12-04-2024 19:28 | Bölmə: Dünya
Ukraynanın “Patriot” və İRİS-T sistemləri tükənib?

Ukrayna Hərbi Hava Qüvvələri ölkədə Amerikanın “Patriot” zenit-raket kompleksləri və Almaniyanın IRIS-T hava hücumundan müdafiə sistemləri üçün həqiqətən də raketlərin tükənib-tükənmədiyi, eləcə də təmir olunmaması ilə bağlı yayılanlara aydınlıq gətirib.

Reyting.az
-ın xəbərinə görə, Hərbi Hava Qüvvələri Komandanlığının nümayəndəsi İlya Yevlaş bildirib ki, Ukrayna bu sistemləri və döyüş sursatlarını müstəqil istehsal etmir.

“Ona görə də, əlbəttə, bizə daha çox raket lazımdır. Ehtiyatlarımızı öz gücümüzlə doldura, raketləri öz gücümüzlə istehsal edə bilmərik”, - deyə Yevlaş əlavə edib.

Onun sözlərinə görə, beynəlxalq tərəfdaşlar Ukraynanın ehtiyaclarından xəbərdardırlar.

“Onlar bilirlər ki, nə qədər raketimiz var və bizə daha nə qədər lazımdır. Ancaq panikaya ehtiyac yoxdur. Çünki bugünkü nəticələri, mobil atəş dəstələrimizin necə işlədiyini görə bilərsiniz. Bu gün 17 ədəd dron vurulub. Demək olar ki, 100 faizlik nəticədir. Dünən də nəticə kifayət qədər yaxşı oldu”, - rəsmi qeyd edib.

İ. Yevlaş əlavə edib ki, “Kinjal” aeroballistik raketlərini vurmaq üçün çoxlu sayda “Patriot” zenit-raket kompleksləri lazımdır: “Bu, hazırda düşmənin güclü hava hücumu silahlarına effektiv şəkildə müqavimət göstərə bilən yeganə silahdır. Əlbəttə, biz bu hava hücumundan müdafiə sistemlərinin tərəfdaşlarımız tərəfindən çatdırılmasını səbirsizliklə gözləyirik”.

Qeyd edək ki, aprelin 11-də Almaniyanın “Bild” nəşrinin analitiki Julian Rjopke Ukraynanın Qərbin hava hücumundan müdafiə sistemləri, xüsusən “Patriot” və İRİS-T üçün raketlərinin tükəndiyini iddia edib. Eyni zamanda o, bunun Qərb ölkələrinin anbarlarında yüzlərlə sistem və minlərlə raketin olması fonunda baş verdiyini bildirib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər