İki ölkə Ukrayna üçün pilotsuz təyyarələr alacaq
Tarix: 16-07-2024 13:53 | Bölmə: Dünya
İki ölkə Ukrayna üçün pilotsuz təyyarələr alacaq

Latviya və Almaniya Ukraynaya dəstək üçün pilotsuz təyyarələrin birgə alınması barədə razılığa gəliblər.

Reyting.az
xəbər verir ki, bu barədə “Delfi” nəşri məlumat yayıb.

Vaşinqtonda keçirilən NATO sammitində Latviya və Almaniya Ukraynaya dəstək məqsədilə pilotsuz təyyarələrin sifarişlərini təmin etmək üçün əməkdaşlığı dərinləşdirmək barədə razılıq əldə ediblər.

Qeyd edək ki, NATO sammiti zamanı dron koalisiyasının üzvləri əməkdaşlığın əlaqələndirilməsi, pilotsuz texnologiyaların inkişafı və onların həm Ukraynaya dəstək, həm də alyansa üzv ölkələrin müdafiə qabiliyyətinin gücləndirilməsi məqsədilə Anlaşma Memorandumu imzalayıb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər