Robert Köçəryan azadlığa buraxıldı
Tarix: 18-05-2019 16:36 | Bölmə: Dünya
Robert Köçəryan azadlığa buraxıldı

Yerevan məhkəməsi dörd günlük dinləmələrdən sonra ikinci prezident Robert Köçəryan barəsində qərar qəbul edib.

Reyting.az Ermənistan mediasına istinadla xəbər verir ki, Köçəryanla bağlı həbs qətimkan tədbiri dəyişdirilib.

Robert Köçəryan özü məhkəmədə iştirak etməyib.

Mayın 16-da qondarma “Dağlıq Qarabağ Respublikası”nın indiki və keçmiş “prezidentləri” Bako Saakyan və Arkadi Qukasyan Yerevan məhkəməsində Köçəryanın sərbəst buraxılmasını xahiş ediblər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
7-11-2024, 08:30 Beyrut yenə bombalanıb