Baş nazir: "Bizim komandada heç kəs stuldan yapışmayıb"
Tarix: 27-06-2019 21:23 | Bölmə: Dünya
Baş nazir: "Bizim komandada heç kəs stuldan yapışmayıb"

"Bizim komandada heç kəs stuldan yapışmayıb və Gürcüstan cəmiyyəti bunu çox yaxşı bilir”.

Bu barədə Gürcüstanın baş naziri Mamuka Baxtadze keçirdiyi xüsusi brifinqdə daxili işlər naziri Giorgi Qaxarianın istefası ilə bağlı tələbə münasibət bildirərkən deyib.

Baş nazir bildirib ki, iyunun 20-nə keçən gecə Rustaveli prospektində baş verən təxribata görə siyasi məsuliyyəti vətəndaşların etirazını silah kimi istifadə edən qüvvə öz üzərinə götürməlidir.

M.Baxtadze deyib ki, Vahid Milli Hərəkat Partiyasının nümayəndələri və onların lideri Mixeil Saakaşvili 7 il Gürcüstanın hazırkı hakimiyyətinin büdrəməsini gözləyirdilər: "Onlar kiminsə büdrəməsini gözləyirdilər və bəli, təəssüflər olsun ki, biz büdrədik”.

O qeyd edib ki, polis əməkdaşlarının vəzifə səlahiyyətlərini aşması ilə bağlı halların şəffaf araşdırılması təmin olunacaq.

Hökumət başçısının sözlərinə görə, dövlət üçün çox ağır ssenaridən yaxa qurtarmaq mümkün olsa da, vətəndaşlar xəsarət alıblar/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər