Vurulan təyyarənin "Qara qutusu" Ukraynada araşdırılacaq
Tarix: 14-01-2020 16:02 | Bölmə: Dünya
Vurulan təyyarənin "Qara qutusu" Ukraynada araşdırılacaq

​​​​​​​Fransa Mülki Aviasiya Təhlükəsizliyinin Təhqiqat və Təhlil Bürosu (BEA) Tehran yaxınlığında vurulan Ukraynanın sərnişin təyyarəsinin “qara qutu”sunun Parisdə araşdırılacağı barədə yayılan xəbərləri təkzib edib.

"RİA Novosti” xəbər verir ki, qurum nümayəndəsi “qara qutu” üzərində Ukraynada çalışacaqlarını, bütün hallarda bu işin Fransadan kənarda görüləcəyini qeyd edib.

Bundan əvvəl İran Ali Məhkəməsinin sözçüsü Qulamhüseyn İsmayıli Ukrayna təyyarəsinin “qara qutu”sunun Fransaya göndərildiyini bildirmişdi/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}