Dünyada koronavirusa yoluxanların sayı 100 mini ötüb - 55 min isə sağalıb
Tarix: 06-03-2020 15:51 | Bölmə: Dünya
Dünyada koronavirusa yoluxanların sayı 100 mini ötüb - 55 min isə sağalıb

Dünyada koronavirus daşıyıcılarının sayı 100 242 nəfərə çatıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, ölənlərin sayı 3 408, sağalanların sayı isə 55 812 nəfərdir.

Ən çox yoluxma və ölüm halı Çində aşkarlanıb. Ölkədə indiyədək 80 559 nəfər virusa yoluxub. Ölənlərin sayı isə 3 042 nəfərdir.

Azərbaycanda isə 6 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb. Ölkəmizdə bu virusdan ölüm hadisəsi qeydə alınmayıb.

Ümumilikdə koronavirus 94 ölkə və regionu əhatə edir.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}