13:04 / 16-09-2024
Sabah yağış yağacaq
Gürcüstandan xaricə səyahətlər məhdudlaşdırılıb
Tarix: 09-03-2020 14:31 | Bölmə: Dünya
Gürcüstandan xaricə səyahətlər məhdudlaşdırılıb

Gürcüstandan xarici ölkələrə edilən biznes və təhsillə bağlı səyahətlər müvəqqəti olaraq məhdudlaşdırılıb.

Bu barədə Gürcüstanda koronavirusla mübarizə məqsədilə yaradılan Dövlət Qurumlararası Koordinasiya Şurasının növbəti iclasında bildirilib.

Baş nazir Giorgi Qaxarianın rəhbərliyi altında keçirilən toplantıda ölkədə koronavirusla bağlı vəziyyət müzakirə olunub. Qeyd olunub ki, virusun təsdiqləndiyi 15 pasiyentin sağlamlıq durumu qənaətbəxşdir və onlar müvafiq müalicə alırlar/Report. 




Bölməyə aid digər xəbərlər