İtaliyada 104 yaşlı qoca iki ölümcül virusa qalib gəlib
Tarix: 06-04-2020 15:11 | Bölmə: Dünya
İtaliyada 104 yaşlı qoca iki ölümcül virusa qalib gəlib

Koronavirusun geniş yayıldığı İtaliyanın Biyella şəhərində yaşayan 104 yaşlı Ada Zanusso koronavirusdan sağalıb.

“TRT Haber” xəbər verir ki, koronavirusun qadının qalib gəldiyi yeganə ölümcül xəstəlik deyil.

A.Zanusso daha öncə 1918-1920-ci illərdə on milyonlarla insanın həyatına son qoyan ispan qripinin də öhdəsindən gəlib.

Məlumata görə, 104 yaşlı qadın martın 17-də koronavirus simptomları ilə əlaqədar xəstəxanaya yerləşdirilmişdi.

Qeyd edək ki, İtaliyada koronavirus qurbanlarının sayı 16 minə çatır. Rəsmi məlumata görə, hazırda İtaliyada 91 246 aktiv koronavirus daşıyıcısı var/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər