Daha bir ölkə Ümumdünya Səhiyyə Təşkilatından çıxa bilər
Tarix: 06-06-2020 17:19 | Bölmə: Dünya
Daha bir ölkə Ümumdünya Səhiyyə Təşkilatından çıxa bilər

Braziliyada COVİD-19-dan ölənlərin sayı artmaqda davam edir.

Reyting.az
bildirir ki, Globo teleradio kanalının məlumatına görə, ötən sutkada rekord sayda – 1479 ölüm halı qeydə alınıb.

Ölkədə koronavirusadan ölənlərin sayı 34 021-ə çatıb. Beləliklə, Braziliya bu xəstəlikdən ölüm sayına görə İtaliyanı geridə qoyub, ABŞ və Böyük Britaniyadan sonra dünyada üçüncü yerdədir.

Pandemiya başlayandan Braziliyada 615 min nəfərin koronavirusa yoluxduğu aşkarlanıb, onların 275 mini sağalıb.

“Worldometer” saytının hesablamasına əsasən, Braziliya COVİD-19-la bağlı vəziyyətin gərginliyinə görə ikinci yerə çıxıb. Birinci sırada ABŞ-dır.

Bu vəziyyətə görə Braziliya hakimiyyəti ABŞ-dan sonra Ümumdünya Səhiyyə Təşkilatından çıxmaq məsələsini gündəmə gətirib. Konkret qərarın nə zaman veriləcəyi hələ ki açıqlanmır.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər