Rusiyada 1 milyondan çox vətəndaş cərimə olunub
Tarix: 28-11-2020 16:35 | Bölmə: Dünya
Rusiyada 1 milyondan çox vətəndaş cərimə olunub

Rusiyada koronavirus pandemiyası başlayandan epidemioloji qaydaları pozan 1 milyondan çox vətəndaş cərimə olunub.

Bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkədə koronavirus pandemiyası başlayandan polis əməkdaşları tərəfindən virusun yayılmasına qarşı tətbiq olunan məhdudlaşdırmaları, özünütəcrid rejimini pozan 1,1 milyon şəxs inzibati məsuliyyətə cəlb olunub.

Qeyd olunub ki, vətəndaşlara yazılan cərimələrin miqdarı 1 000 rubldan 15 min rubla qədərdir, indiyə kimi yazılan cərimələrin miqdarı isə 1,7 mlrd. rublu ötüb/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər