16:39 / 28-11-2024
Sabah qar yağacaq
Gürcü müxalifətinin lideri həbsdən buraxılacaq? - Prokurorluq şərti açıqlayıb
Tarix: 25-02-2021 18:50 | Bölmə: Dünya
Gürcü müxalifətinin lideri həbsdən buraxılacaq? - Prokurorluq şərti açıqlayıb

Gürcüstan Baş Prokurorluğu ölkənin əsas müxalif partiyası olan “Vahid Milli Hərəkat”ın sədri Nika Melianın həbsdən azad edilməsi ilə bağlı şərtini açıqlayıb.

Baş Prokurorluğun nümayəndəsi Amiran Quluaşvili bildirib ki, N. Melia məhkəmənin təyin etdiyi girov məbləğini ödəyəcəyi təqdirdə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarının dəyişdirilməsi üçün məhkəməyə müraciət edilə bilər.

A.Quluaşvili qeyd edib ki, N. Melianın həbsi heç vaxt prokurorluq üçün məqsəd olmayıb/APA.

Qeyd edək ki, Gürcüstanın müxalif “Vahid Milli Hərəkat” partiyasının sədri N. Melia fevralın 23-də Tbilisi Şəhər Məhkəməsinin qərarına əsasən ödənilməyən 40 min lari (20.4 min manat) girova görə həbs edilib. O, 2019-cu ilin 19-20 iyun tarixlərində Tbilisidə parlament binası qarşısında baş vermiş polis-vətəndaş qarşıdurmasını təhrik etməkdə və iştirakda ittiham edilir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər