Qatar qəzasında çoxsaylı sərnişin xəsarət alıb, 8 nəfər ölüb - Yenilənib
Tarix: 18-04-2021 19:19 | Bölmə: Dünya
Qatar qəzasında çoxsaylı sərnişin xəsarət alıb, 8 nəfər ölüb

Misirin paytaxtı Qahirə şəhərindən şimalda yerləşən Qalyubiya əyalətində sərnişin qatarı qəzaya uğrayıb.

Reyting.az
xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.

Məlumata görə, Qahirə - Mansur marşrutu ilə hərəkət edən sərnişin qatarının bir neçə vaqonu relsdən çıxaraq aşıb. Hadisə nəticəsində 103 sərnişin xəsarət alıb.

Yaralıları yerli xəstəxanalara çatdırmaq üçün hadisə yerinə 20 təcili yardım maşını cəlb edilib.

***

Son məlumata görə, Misirin paytaxtı Qahirənin şimalındakı Qalyubiya əyalətində qatar qəzası nəticəsində 8 nəfər həlak olub, 109 nəfər yaralanıb.

Bu barədə "Al Arabia" telekanalı Misirin Səhiyyə Nazirliyinə istinadla məlumat yayıb.






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}