Əfqanıstanın 31 bölgəsində komendat saatı tətbiq olunub
Tarix: 24-07-2021 17:30 | Bölmə: Dünya
Əfqanıstanın 31 bölgəsində komendat saatı tətbiq olunub

Əfqanıstanın 31 rayon və şəhərində komendat saatı elan olunub.

Reyting.az
Ria Novosti-yə istinadla xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Taliban hərəkatının hücumlarının qarşısını almaq və Talibanın fəaliyyətini məhdudlaşdırmaq üçün tətbiq olunan komendant saatı yerli vaxtla saat 22.00-dan 04.00-dək davam edəcək.

Komendant saatı ölkənin yalnız üç əyalətinə - Kabil, Qandahar və Pəncşirə şamil edilməyib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}