Rusiyanın Ermənistandakı hərbi bazasının ərazisində partlayış olub, ölən var
Tarix: 13-05-2022 23:40 | Bölmə: Dünya
Rusiyanın Ermənistandakı hərbi bazasının ərazisində partlayış olub, ölən var

Rusiya Silahlı Qüvvələrinin Ermənistandakı 102-ci hərbi bazasının Şirak rayonu ərazisindəki dağlıq poliqonunda partlayış olub.

“Sputnik Armeniya” xəbər verir ki, Kamxut dağ silsiləsinə yaxın ərazidəki poliqonda mərminin partlaması nəticəsində çoban ölüb.

Məlumata görə, partlayış saat 15:30 radələrində baş verib.

Hərbi bazanın komandanlığı bildirir ki, həmin vaxt poliqonda heç bir təlim olmayıb.

Xatırladaq ki, 2013-cü ildə iki yeniyetmə - 12 yaşlı Artur Mkrtçyan və 16 yaşlı Muşeq Gevorkyan qoyun otararkən təlim meydançasında (əl qumbarasının partlaması nəticəsində) həlak olmuşdu.(APA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}