Bayden: "Oğlum İraqda öldüyü üçün oranı düşünürəm"
Tarix: 02-11-2022 00:55 | Bölmə: Dünya / Xəbərlər
Bayden: "Oğlum İraqda öldüyü üçün oranı düşünürəm"

ABŞ prezidenti Cozef Bayden Floridada çıxış edərkən Ukraynanı İraqla səhv salıb.

Reyting.az
xəbər verir ki, o, çıxışında Ukraynadakı savaşla İraqdakı savaşı qarışdırsa da, sonradan səhvini düzəldib:

"Hazırda İraqdakı müharibə və Rusiyanın hərəkətləri səbəbindən neftə təsirlər inflyasiyanı qlobal problemə çevirib. Bağışlayın, Ukraynadakı müharibə. Oğlum orada öldüyü üçün İraq haqqında düşünürəm. Buna görə öldü”.

Xatırladaq ki, Baydenin böyük oğlu Co Bayden 2008-2009-cu illərdə İraqda xidmət edib. 2015-ci ildə ABŞ-da xəstəxanaya yerləşdirildikdən sonra beyin xərçəngindən 46 yaşında vəfat edib.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}