Baş nazir: "Biz üç dəfə müharibədə olmuşuq, bəsdir”
Tarix: 05-12-2022 16:57 | Bölmə: Dünya
Baş nazir: "Biz üç dəfə müharibədə olmuşuq, bəsdir”

"İkinci cəbhənin Gürcüstana gətirilməsi ilə bağlı bir çox səylərə baxmayaraq bizim məntiqli siyasətimiz sayəsində bütün bunların qarşısı alınıb".

Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili hökumətin iclasında deyib. O, müxalifətin ölkədə ikinci cəbhə açmağa çalışdığını vurğulayıb:

“Onlar müxalifətdədirlər və müharibə başlayandan Gürcüstanda ikinci cəbhənin açılmasına çalışırlar. Onlar indi hakimiyyətdə olsaydılar, ölkəni döyüş meydanına çevirərdilər. Onlar öz iradələri və qərarları ilə ölkəmizin 20 faizini - Kodori Vadisini itiriblər və bizim qəhrəman əsgərlərimiz bu müharibənin və onların məntiqsiz addımlarının qurbanı olub”.

Qaribaşvili qeyd edib ki, hazırda həm Ukraynada, həm də dünyada mürəkkəb vəziyyət mövcuddur:

“Mən hər kəsə xatırlatmaq istərdim ki, ABŞ Prezidenti, Avropa ölkələrinin liderləri vətəndaşlarını açıq şəkildə döyüşlərdə iştirak etməməyə çağırırlar və öz həmrəyliklərini digər yollarla ifadə etməyə çalışırlar. Bizim əsas öhdəliyimiz ölkədə firavanlığın təminatı olan sülh və sabitliyi saxlamaqdır. Biz müstəqilliyimizi bərpa etdikdən sonra üç dəfə müharibədə olmuşuq, bəsdir”/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər