Nazirlər hökumətin toplantısını boykot ediblər
Tarix: 23-01-2023 10:40 | Bölmə: Dünya / Xəbərlər
Nazirlər hökumətin toplantısını boykot ediblər

Netnayahu hökumindəki ifrat sağçı nazırlər kabinetin həftəlik toplantısını boykot ediblər.

Reyting.az
xəbər verir ki, bu barədə “Anadolu” Agentliyi məlumat yayıb.

Bildirilir ki, İsrail siyasətində irqçilik və parçalanma çağırışlarına görə fəaliyyəti qanunla yasaq edilmiş Yəhudi məskunlaşma qurumuna dəstəyi ilə tanınan koalisiya ortaqlarından Dini Sionizm Partiyasının üzvü olan nazirlər müdafiə naziri Yoav Gallantın Qərbi Şeriadakı bir gecəqondunun təxliyəsinə əmr verməsinə etiraz əlaməti olaraq, bu həftə hökumətin toplantısınna qatılmayıblar.

Məlumatda o da qeyd olunur ki, Dini Sionizm Partiyası rəsmilərinn açıqlamasına görə, əgər mövcud siyasi böhran öz həllini tapmasa və ya bu yöndə hər hansı irəliləyiş olmasa, bu partiyadan olan millət vəkillərinin İsrail Məclisində səsvermələrə qatılmamaq ehtimalı gündəmə gələcək.

V. QULİYEV
Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər