"Qarabağ"-"Sabah" oyunu başa çatıb
Tarix: 07-12-2024 20:26 | Bölmə: İdman / Xəbərlər

 

"Qarabağ" Misli Premyer Liqasında "Sabah"la heç-heçə edib.

Reyting.az-ın məlumatına görə, XVI turun ikinci oyunu "Bank Respublika Arena"da keçirilib.

Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

49-cu dəqiqədə meydan sahiblərindən Neqoş Kupusoviç hesabı açıb. 68-ci dəqiqədə Nəriman Axundzadə tarazlığı bərpa edib.

Rəqiblərindən bir oyun az keçirən "Qarabağ" ikinci pillədə qərarlaşıb. Paytaxt klubu 23 xalla beşinci sıradadır.

Günün ilk matçında "Araz-Naxçıvan" "Səbail"i iki cavabsız qolla üstələyib.

Qeyd edək ki, turun digər oyunları 8-9 dekabrda gerçəkləşəcək.(Report)






Bölməyə aid digər xəbərlər
23-03-2025, 00:24 Azərbaycan millisi uduzub
29-03-2025, 16:31 USAID-in taleyi məlum olub
28-03-2025, 16:37 İmişlidə zəlzələ olub