Turistlərdən əlavə pul tələb olunacaq
Tarix: 01-04-2024 21:18 | Bölmə: İqtisadiyyat
Turistlərdən əlavə pul tələb olunacaq

Qarşıdan gələn yay fəsli əvvəlki yayla müqayisədə daha isti keçə bilər. Sinoptiklərin bu proqnozuna bəzi məşhur turizm ölkələrində daha çox pul qazanmaq fürsəti kimi baxırlar.

Reyting.az
“Olive Press”ə istinadla yazır ki, İspaniyanın Əndəlus muxtar vilayətinin səlahiyyətliləri restoranların günəş və ya kölgədə olan masalar üçün əlavə ödəniş tələb etmək hüququna malik olduğuna qərar verib.

Bununla belə, bunu edərkən bir vacib qaydaya əməl edilməlidir - müştərilərə sifariş verməzdən əvvəl bu ərazilərdə qiymətlərin artırılacağı barədə məlumat verilməlidir. Bu, menyu, qiymət siyahısı və ya hər hansı digər reklam forması vasitəsilə edilə bilər. Yəni turistlərə şifahi bildiriş kifayət etməyəcək.

Aydınlaşdırılır ki, menyuda müəyyən bir növü və ya yeri olan masa üçün ayrıca ödəniş alınmayacaq, lakin bu, qiymət cədvəlində açıq şəkildə göstərildiyi təqdirdə restoranlara müəyyən ərazilərdə təqdim olunan hər yemək üçün əlavə rüsum tutmağa icazə veriləcək.

Xatırladaq ki, bir müddət əvvəl Sevilya şəhərinin hakimiyyəti turistlərin şəhərin mərkəzi meydanı olan Plaza de Espana girişini məhdudlaşdırmaq planlarını açıqlayıb. Şəhər və əyalət sakinləri hələ də ora məhdudiyyətsiz daxil ola biləcəklər, lakin turistlər şəhərin əsas meydanına yalnız ödənişlə daxil olacaqlar.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər