Mərkəzi Bank "Veysəloğlu" ilə məhkəmədə çəkişir - Qalmaqal
Tarix: 03-04-2024 14:25 | Bölmə: İqtisadiyyat
Mərkəzi Bank "Veysəloğlu" ilə məhkəmədə çəkişir

"Veysəloğlu" MMC-yə yazılan inzibati protokola baxılacaq tarix açıqlanıb.


Məlumata görə görə, sənədə növbəti dəfə Nizami Rayon Məhkəməsinin hakimi Nigar Qədirlinin sədrliyi ilə sabah, aprelin 4-də baxılacaq.

Xatırladaq ki, Mərkəzi Bank protokolu İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib(Pravda.az).

Qeyd edək ki "Veysəloğlu" MMC-nin qanuni təmsilçisi Bəxtiyar Adil Oğlu Allahverdidir. MMC "Veysəloğlu qrup"a daxildir. Həmin şirkətlər qrupunun qanuni təmsilçisi isə Aydın Veysəl oğlu Talıbovdur.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər