Ödəniş əməliyyatlarının aparılma qaydası təsdiqlənib
Tarix: 05-04-2024 10:38 | Bölmə: İqtisadiyyat
Ödəniş əməliyyatlarının aparılma qaydası təsdiqlənib

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”nı təsdiq edib.

Reyting.az
xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.

Əvəzində “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”nın təsdiq edilməsi barədə” 10 iyul 2012-ci il tarixli qərarı ləğv edilib.

AMB-nin Hüquq departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər