20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Mikayıl Cabbarov İqtisadiyyat Nazirliyinin əsas prioritetlərini açıqlayıb
Tarix: 16-01-2020 11:25 | Bölmə: İqtisadiyyat
Mikayıl Cabbarov İqtisadiyyat Nazirliyinin əsas prioritetlərini açıqlayıb

Azərbaycan İqtisadiyyat Nazirliyi ortamüddətli dövr üçün iqtisadi və sosial sahələrdə əsas prioritetləri açıqlayıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, iqtisadi sahədə əsas prioritetlər rəqabətliliyin artırılması, inklüziv inkişafa nail olmaqdır. Nazirin sözlərinə görə, iqtisadi artım sürəti ən azı qlobal artım sürətindən geri qalmamalıdır: "Prioritetlər diversifikasiyanın genişləndirilməsi, qeyri-neft sektorunun inkişafı daha da sürətlənməsi, investisiyaların, xüsusilə, özəl sərmayələrin həcminin artırılması, kiçik və orta sahibkarlığın, o cümlədən qadın sahibkarların fəaliyyətinin genişləndirilməsi, onun ÜDM-də xüsusi çəkisinin artırılması və bu istiqamətdə müxtəlif proqramların təmin edilməsidir. Maliyyə əlçətanlığının daha da asanlaşdırılması, şəffaflığın formalaşdırılması ortamüddətli dövr üçün əsas prioritetlərdəndir".

Nazir həmçinin bildirib ki, iqtisadi inkişafı sosial inkişafdan ayırmaq olmaz. Onun sözlərinə görə, məşğulluğun artırılması, əhalinin sosial təminatı da əsas məsələdir. İqtisadi və sosial prioritetlər uzlaşdırılmalıdır. O bildirib ki, yeni iş yerlərinin yaradılması tədbirləri davam etdiriləcək. İnsan kapitalının iqtisadiyyatda rolunun artırılması üçün təhsilə investisiyaların artırılması, icbari tibbi sığortaya əlçatanlığın artırılması qarşıdakı məqsədlərdəndir.

Nazirin sözlərinə görə, həmçinin ekoloji tarazlığı təmin edən sahələrdə inkişafın genişləndirilməsi də əsas prioritetlərdəndir/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər