Tarix: 11-04-2017 16:34 | Bölmə: İqtisadiyyat / Xəbərlər
"Kapital Bank” ASC-nin 100 səhmdən ibarət səhm paketi satışa çıxarılıb.
Reyting.az Report-a istinadla xəbər verir ki, səhmlərin nominal dəyəri 12,39 manat olsa da, qiymətli kağızların hər biri 50 manata təklif olunur.
Satıcı bunu Bankın hər il səhmdarlarına yaxşı divident ödəməsi ilə izah edir.
Qeyd edək ki, "Kapital Bank” 2016-cı ili 52 348,8 min manat xalis mənfəətlə başa vurub. Bankın səhmdarlarının bu il aprelin 4-də keçirilmiş yığıncağında bütün mənfəətin səhm sahiblərinə divident kimi ödənilməsinə qərar verilib. "Kapital Bank”ın 185,85 mln. manatlıq Nizamnamə kapitalı 15 mln. səhm əsasında formalaşdığı üçün Bankın hər səhmi sahibinə 3,49 manat qazandırıb.
Xatırladaq ki, "Kapital Bank” 2004-cü ildə Birləşmiş Universal Səhmdar Bankının ("BUS Bank") bazasında yaradılıb. Bankın səhmlərinin 99,87 faizi "PAŞA Holdinq"ə, 0,13 faizi isə təxminən 175 fiziki şəxsə məxsusdur.
Bölməyə aid digər xəbərlər