Ermənistan ordusunda koronavirus yayılıb
Tarix: 26-03-2020 10:51 | Bölmə: Dünya
Ermənistan ordusunda koronavirus yayılıb

Ermənistan Silahlı Qüvvələrinin müddətdən artıq hərbi xidmət edən 3 qulluqçu koronavirus testindən keçib.

“ru.1in.am” xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Atepanyan “Facebook” səhifəsində yazıb. Bildirilib ki, onlardan birinin ailə üzvündə koronavirus aşkarlanıb.

Məlumata görə, hərbçilər təcrid edilib.

Qeyd edək ki, martın 26-sı saat 10.00-a olan məlumata əsasən, Ermənistanda 290 yoluxma faktı qeydə alınıb. 18 nəfərin sağaldığına dair məlumat yayılıb/Report.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}