23:24 / 30-06-2025
Rus İcmasının Mədəniyyət Mərkəzi bağlanıb?
21:03 / 30-06-2025
Rusiyada öldürülən qardaşların cənazəsi Azərbaycana gətirilib - (Yenilənib)
18:51 / 30-06-2025
İran liderinin müşavirini öldürmək istəyiblər
18:44 / 30-06-2025
Aİ rəsmisi: "Rusiyada azərbaycanlılara qarşı törədilən zorakılıq..."
18:38 / 30-06-2025
Tramp mütəffiqlərin təklifinə əhəmiyyət vermir
18:03 / 30-06-2025
Daha 17 qanuna dəyişiklik edəcəklər
17:57 / 30-06-2025
Bakıda əməliyyat: FTX-nın iki əməkdaşı saxlanılıb - (Yenilənib) - Fotolar
17:51 / 30-06-2025
Azərbaycanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
17:45 / 30-06-2025
Bəylər Eyyubov yeni vəzifəyə təyin olunub
17:34 / 30-06-2025
Şuşada biznes forum keçiriləcək
17:18 / 30-06-2025
Ukraynalı nazir slovakiyalı həmkarının təklifini qəbul etmir
17:11 / 30-06-2025
İşçi qrupun ştat və xidməti maşınlarının sayı artırılıb
17:03 / 30-06-2025
Beş ölkədən Azərbayacana quş əti idxalına məhdudiyyət qoyulub
16:51 / 30-06-2025
Ersin Tatar Azərbaycana gəlir
16:46 / 30-06-2025
Ərdoğan Azərbaycana səfər edəcək
16:27 / 30-06-2025
Şahın atom bombası istəyi: ABŞ bunun qarşısını necə alıb?
16:10 / 30-06-2025
İyul ayının hava proqnozu açıqlanıb
16:02 / 30-06-2025
Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb
15:20 / 30-06-2025
Dərmanların qiyməti yenidən tənzimlənib
15:08 / 30-06-2025
Professor: Şovinizm Rusiyanı uçuruma aparır
14:52 / 30-06-2025
Mənsum İbrahimov: Teatrımızın səhnəsinə yeni Məcnunlar gəlir - Foto
14:26 / 30-06-2025
Sabiq nazir təltif edilib
14:15 / 30-06-2025
Qarabağa növbəti köç karvanı gedib - (Yenilənib)
13:53 / 30-06-2025
Tramp İranın iddiaları ilə razılaşmır
13:45 / 30-06-2025
Qarabağa səfərlər müvəqqəti dayandırılıb
13:43 / 30-06-2025
Çin Azərbaycan vasitəsilə Avropaya yeni yük marşrutu istifadəyə verib
13:24 / 30-06-2025
"Azərbaycanfilm"dəki partlayışla bağlı cinayət işi açılıb
13:15 / 30-06-2025
Sabahın hava proqnozu açıqlanıb
13:13 / 30-06-2025
Mirzoyan Lavrova xəbərdarlıq edib
13:01 / 30-06-2025
Xarici İşlər Nazirliyində yeni idarə yaradılıb
09:25 / 26-06-2025

08:51 / 26-06-2025

16:17 / 26-06-2025

13:16 / 29-06-2025

18:04 / 26-06-2025

00:00 / 26-06-2025

12:57 / 27-06-2025

00:02 / 27-06-2025

08:55 / 28-06-2025

00:01 / 28-06-2025

16:30 / 26-06-2025

12:14 / 26-06-2025

Demokratik qərb dəyərləri
Tarix: 16-04-2018 14:24 | Bölmə: Nadir QOCABƏYLİ

Təxminən 16-17 il qabaq bir partiya sədrinin, deputatın otağında idim, məni bir məsələ ilə bağlı özü dəvət etmişdi. Söhbət zamanı ona başqa bir deputatdan zəng gəldi. Xəttin o başındakı deputat, deyəsən, bunu haradasa gözləyirdi. Cavab verdi ki, artıq çıxır. Telefonu qapadıb, söhbətə davam etdi.
İstər-istəməz narahat oldum və dedim ki, sizi gözləyirlər deyəsən, mən sonra da gələ bilərəm. Cavab verdi ki, eybi yox, narahat olma, qoy gözləsin.
5 dəqiqə keçməmiş yenə zəng gəldi, bu dəfə partiya sədri zəng vuran deputat həmkarına "çıxmışam, artıq yoldayam",- cavabını verdi. Dəhşətə gəldim. O yenə telefonu söndürüb, halını pozmadan söhbətə davam etdi. Mən elə bil iynə üstündə oturmuşdum. Üçüncü zəng gələndə deputat dostumuz bilirsiniz nə dedi? "Çatmışam, pilləkənləri çıxıram..."
İnsanın öz yoldaşına, həmkarına, silahdaşına, əqidədaşına, ən nəhayət, kim olursa-olsun, insana bu cür qeyri-ciddi münasibəti məni sarsıtdı. Bir daha o adamın yanına getmədim. Danışdığımız məsələ də eləcə qaldı...
Bu yaxında başqa bir işlə bağlı yenə bir adamın yanındaydım. Söhbət əsnasında onun da telefonu çaldı. Əvvəlcə telefona, sonra da mənə baxıb dedi ki, filankəsdir, açsam, yarım saat danışacaq. Telefon qaldı çala-çala... Zəng vuran adamı mən də tanıyıram və bildiyimə görə, bu adamların arasından su keçmir. Daim bir-birini dəstəkləyən, təbliğ edən bir qrupun üzvləridirlər. Ancaq bir-birinə qarşı, mənim düşüncəmə görə, bu cür saymazyana, qeyri-ciddi, məsuliyyətsiz münasibət göstərirlər. Özləri də Azərbaycanın tanınmış ziyalılarıdırlar, ölkədəki durumdan da guya razı deyillər. İstər-istəməz düşünürsən: özü bu əxlaqın, mənəviyyatın yiyəsi olanın hansısa məmurdan, icra başçısından, idarə müdirindən şikayətlənməyə nə dərəcədə haqqı var? Bu adamlar daim demokratiyadan, Qərb dəyərlərindən, Avropadakı nailiyyətlərdən, inkişafdan, tərəqqidən danışdıqları halda, ən adi ədəb qaydalarına riayət edə bilmirlər. Nə danışdıqları sözün, nə verdikləri vədin, nə də iş gördükləri, əməkdaşlıq, dostluq, yoldaşlıq etdikləri adamların bunların yanında bir milçək vızıltısı qədər önəmi yoxdur. Nə isə...
Bu adamla aramızdakı söhbətə, əməkdaşlığa olan inamım dərhal öldü. Yaxın dostunun telefonunu çala-çala qoyan biri məni heç oğluyla daş karxanasına da göndərməz. Halbuki telefonu açıb, bircə kəlməylə "sənə sonra zəng vuraram",- demək olardı. Bəlkə, o adamın küçədə ürəyi tutmuşdu və ilk yığa bildiyi yaxın dostu, yoldaşı olmuşdu... Proqnozum özünü doğrultdu. O adam mənə verdiyi sözünü də tutmadı, göndərdiyim sorğulara bircə kəlməylə dürüst cavab vermədi. Susdu. Bununla nə demək istədiyini anlamadım. Bəlkə, onun mənimlə bağlı hansı qərara gəldiyini bütün ömrüm boyu gözləməliyəm? Yoxsa sadəcə əməkdaşlıq etmək istəmir? Belədirsə, bunu açıq şəkildə, mərdi-mərdanə söyləmək, problemin nədən ibarət olduğunu açıqlamaq olmazmı? Hər halda, mən bunu anlamayacaq dərəcədə səviyyəsiz, qanmaz, buna layiq olmayacaq dərəcədə hörmətsiz, ləyaqətsiz, zəhlətökən bir adam deyiləm.
Mən başa düşürəm, adam müəyyən bir məqama çatanda arayıb-axtaranı, narahat edəni çox olur, hamıya cavab verməyə insanın sadəcə vaxtı, enerjisi yetmir. Ancaq bunun da bir həlli, proseduru var və bu prosedur qətiyyən yalan danışmaqdan, stulun altına, şifonerə girməkdən ibarət deyil.
Yeri gəlmişkən, indi deyəsən, çoxları bu üsuldan istifadə edir. Qarşılıqlı hörmət, sayğı, ciddi münasibət, məsuliyyət, kişi sözü deyilən dəyərlər ekoloji təmiz məhsullar kimi yoxa çıxıb. Hər yerdə GMO hökmrandır və bunların hamısı, deyəsən, son 30 ildə meydana çıxıb.
Çünki 20 yaşıma qədər yaşadığım dövrdə uşaq və gənc olsam da, diqqətli və müşahidəçi olmağıma rəğmən, tanıdığım böyüklərin bir-birinə qarşı bu cür sayğısız, ürəkbulandırıcı münasibətlərini görməmişəm. Nə atamda, nə müəllimlərimdə, nə qohumlarımda, nə də qonşularımda.
Deyəsən, yavaş-yavaş da olsa Qərbə inteqrasiya olunur, demokratikləşirik.
P. S. Bir əhvalatı da danışmaqdan özümü saxlaya bilmirəm. Deməli, özünü “zır” avropalı kimi (burada “sırf” sözündən də istifadə edə bilərdim, amma “zır” daha çox yerinə düşür) aparan, zahirən özünü onlara oxşadan, daxilən də onları yamsılamağa çalışan, “qara kurtka” geyənləri, hökuməti, Azərbaycan xalqını bəyənməyən, kənardan işıqfor kimi görünməyi mədəniyyət, səviyyə, tərəqqi rəmzi sayan biriylə bir əməkdaşlığımız olmuşdu və mənə bir az verəcəyi vardı. Mənə xoş olmayan üzücü-əzici prosesdən sonra Avropadakına (orada olmamışam, eşidiklərimə əsasən yazıram) qətiyyən bənzəməyən bir formada verdi. Sonra yolumuz eyni olduğundan, küçəylə bir qədər, Ərdoğan demişkən, “bərabər yürüdük”. Birdən yolun o biri tərəfiylə gələn bir xanımı mənə göstərib zarafatyana dedi: “Gəl gizlənək, ona da verəcəyim var, bizi görməsin…” O xanım bizi doğrudan da görmədi və keçib getdi. Mənsə “sözün düzünü elə zarafata deyərlər” məsəlini yada salıb, bu bayağı, eyni zamanda, zəhmət adamları üçün son dərəcə kədərli zarafata həvəssiz gülümsədim, belə adamlarla iş gördüyümə görə bilmədim taleyimə acıyım, ictimai-siyasi vəziyyətdən gileylənim, ABŞ-Avropa imperializmini söyüm, yoxsa məni dünyaya gətirən ata-anamı qınayım…
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Nadir QOCABƏYLİ
Bölməyə aid digər xəbərlər
28-02-2021, 14:55
Xalq adamı ilə xalqın arasına girənlər…
16-01-2021, 23:01
Solovyovdan üzr istəyirəm - Nadir Qocabəyli yazır
3-11-2019, 12:44
Nadir QOCABƏYLİ - Yel qayadan nə aparar, yaxud Prezidentin köməkçisindən nə istəyirlər?