00:39 / 29-10-2025
Türkiyə Cümhuriyyətinin qurulmasının 102 illiyidir
23:58 / 28-10-2025
İsrail Qəzzanı yenidən bombalayıb
23:13 / 28-10-2025
Saleh Səmədovun üçüncü oğlu da vəzifədən uzaqlaşdırılıb
21:34 / 28-10-2025
“Kontakt Home” milyonlarla manat borca düşüb
20:08 / 28-10-2025
İnsan beyninin prinsipləri ilə işləyən superkompüter hazırlanıb
19:52 / 28-10-2025
İlham Əliyev iki kəndin sakinləri ilə görüşüb - Fotolar
19:06 / 28-10-2025
İlham Əliyev Horovlu kəndində sakinlərlə görüşüb - (Yenilənib) - Fotolar
18:09 / 28-10-2025
İlham Əliyev Ərdoğana məktub göndərib
17:59 / 28-10-2025
Bakıda taxtalar yığılan ərazi yanır
17:48 / 28-10-2025
Ruben Vardanyana yeni vəkil təyin olunub
17:36 / 28-10-2025
İlon Mask "Vikipediya"ya rəqib ensiklopediya yaradıb - Foto
17:30 / 28-10-2025
Cəbrayıl şəhər məscidinin təməli qoyulub
17:25 / 28-10-2025
Ayda şüşə şəhərlər tikəcəklər - Fotolar
17:11 / 28-10-2025
Daha bir ölkə Çindən üz döndərib
17:09 / 28-10-2025
"Qarabağ"-"Çelsi" oyununun biletləri satışa çıxarılıb
16:57 / 28-10-2025
Prezident iki stansiyanın təməlini qoyub - Fotolar
16:29 / 28-10-2025
Deputatlar 11 məsələni müzakirəyə çıxaracaq - Siyahı
16:19 / 28-10-2025
Ruslar iki yaşayış məntəqəsində məğlub olub
16:08 / 28-10-2025
Hindistan şirkətləri Rusiya neftindən imtina edir
15:54 / 28-10-2025
Neftin qiymətində enmələr başlayıb
15:48 / 28-10-2025
Prezident avtomobil yolunun açılışında iştirak edib
15:42 / 28-10-2025
Cəbrayılda ikinci və üçüncü yaşayış komplekslərinin təməli qoyulub - Fotolar
15:29 / 28-10-2025
İrandan Azərbaycana narkotik keçirmək istəyiblər
15:12 / 28-10-2025
Növbəti köç karvanı Xocalıya çatıb - (Yenilənib) - Fotolar
14:38 / 28-10-2025
İlham Əliyev Cəbrayılda - Horovlu kəndinin açılışı olub - Fotolar
14:30 / 28-10-2025
"Şagird-məzun" elektron sistemi üçün "Təqvim planı" təsdiqlənib
14:24 / 28-10-2025
2200 rus hərbçisini əsir götürüblər
14:18 / 28-10-2025
Bir neçə ölkə risk altına düşüb
14:07 / 28-10-2025
Azərbaycanla Belarus arasında Birgə Protokol imzalanıb
13:46 / 28-10-2025
Ən böyük dairəvi əl xalçasını toxuyurlar - Fotolar
11:29 / 24-10-2025
Paşinyan Erməni Apostol Kilsəsini Azərbaycanla sülhə təhlükə görür
14:48 / 25-10-2025
Sədr postu uğrunda mübarizə ata-oğul qarşıdurmasına səbəb olub
12:35 / 24-10-2025
Sülh savaşı - Zahid Oruc yazır
17:14 / 24-10-2025
Dövlət Agentliyinin rəisi vəzifədən azad olunub - Yeni təyinat - (Yenilənib)
20:19 / 27-10-2025
Nazir Emin Əmrullayevə bir neçə sual
18:00 / 25-10-2025
Anar Əsədlidən 4 şikayətçi var
23:17 / 25-10-2025
Vəkil Zabil Qəhrəmanov həbs olunub
16:17 / 27-10-2025
Ramiz Mehdiyevin Rusiyaya yazdığı gizli məktub üzə çıxıb - Fotofakt
16:57 / 27-10-2025
1500 illik qızıl sikkə xəzinəsi tapılıb
16:37 / 27-10-2025
Prezident səfirləri geri çağırıb - Yeni təyinatlar - (Yenilənib)
12:22 / 27-10-2025
Azərbaycanın Yaxın Şərq həmləsi: Vaşinqtondan dəstək var
18:09 / 26-10-2025
"Neftçi" qələbə qazanıb
Əhliman Əmiraslanov: "Karatin tədbirləri sərtləşdirilməlidir"
Tarix: 26-06-2020 00:12 | Bölmə: Müsahibə

Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov Trend-ə müsahibə verib.
Reyting.az həmin müsahibəni təqdim edir:
- Son günlər Azərbaycanda COVİD-19-a yoluxma halları olduqca artıb. Yoluxmanın belə kəskin artmasının səbəbi nədir?
- Azərbaycanda koronavirusla mübarizə sahəsində dövlət tərəfindən bütün işlər görülür. Dünyada bu sahədə tətbiq edilən bütün müasir metodlar ölkəmizdə də tətbiq edilir. Avropada artıq yoluxma və ölüm göstəriciləri xeyli azalmağa başlayıb. Bu, insanların deyilən qaydalara əməl etməsinin, qoruyucu vasitələrdən istifadə etməsinin nəticəsidir. Tibbi maskalardan istifadə edilmə ilə bağlı dəfələrlə çağırışlar edilsə də, insanlar çox təəssüf ki, buna ciddi, məsuliyyətlə yanaşmırlar. Bizdən tələb olunan yeganə məsələ tibbi maskalardan istifadə, sosial məsafənin qorunub saxlanılması, gigiyenik qaydalara əməl edilmədır. Əgər yoluxmuş insanlar maskadan istifadə edərlərsə, yoluxma 70 faiz aşağı düşür. Sağlam insan da maskadan istfadə edərsə, bu, yoluxmanın 15-17 faiz azalmasına səbəb olur. Həm yoluxmuş, həm də sağlam insan maskadan istifadə edərsə, yoluxma ehtimalı 1,5 faizə enər. İnsanlar maskaları sanki kiminsə xatirinə taxırlar. Polis yaxınlaşıb "niyə maska taxmırsan?" deyə soruşanda cibindən maska çıxarıb taxırlar. Azərbaycanda sosial məsafənin saxlanılmasına heç riayət edilmir. Ona görə də bu işə çox ciddi yanaşılmalıdır.
- Artım belə davam edərsə, ölkədə hansı vəziyyət gözlənilə bilər?
- Son zamanlar ölkəmizdə yoluxma halları sürətlə artır. Artıq sutka ərzində virusa yoluxanların sayı 600-ə çatır. Son iki həftədə ölkə üzrə yoluxmaların sayında 50 faiz artım müşahidə edilib. Bu, çox böyük artımdır. Yoluxanların sayı artıqca, şübhəsiz ki, ölənlərin də sayı artır. Artıq 7000-ə yaxın aktiv xəstə xəstəxanalarda müalicə edilir. Düzdür, hazırda çarpayı ehtiyatlarımız var və biz bu xəstələri xəstəxanalara yerləşdiririk. Ancaq bu, səhiyyəmiz üçün son dərəcə böyük yükdür. Çünki yalnız koronavirusla mübarizə işi ilə məşğul ola bilmərik. Ölkəmizdə onkoloji, ürək-damar xəstəliklərindən, vərəmdən və digər patologiyalardan əziyyət çəkən ağır xəstələr var. Onlara da tibbi xidmət göstərmək lazımdır. Bundan əlavə, xəstələri müalicə edən həkimlərin də sayı məhduddur. Elə bir vaxt gəlib çata bilər ki, biz COVİD-19 xəstələrini müalicə edə bilmək üçün kadr potensialımız bəs etməz. Ona görə də vəziyyət son dərəcə ciddidir. Bunu hər birimiz fikirləşməliyik.
- Hazırkı şəraitdə sizcə, hansı tədbirlər görülməlidir?
- İnsanlarımız karantin qaydalartına riayət etmədikcə, bu virus bizim hər birimizin evinə gələcək, hər birimizin yaxınlarını, qohumlarını yoluxduracaq. Ona görə də karantin tədbirlərini hökmən sərtləşdirməliyik. Lazım gələrsə, qaydaların pozulmasına görə cərimələrin də məbləği artırılmalıdır. Çünki başqa yolumuz yoxdur. Türkiyədə küçədə maska taxmayanlar artıq 900 lirə (130-140 dolar) cərimələnirlər. Yayılmanın qarşısının alınması üçün görülməsi vacib olan digər tədbir əhalinin bir yerdən başqa yerə miqrasiyasının qarşısının alınmasıdır. Bir rayondan digər rayona, bir şəhərdən digər şəhərə, bir kənddən o biri kənddə, hətta bir məhəllədən o biri məhəlləyə getmək məsələləri mütləq məhdudlaşdırılmalıdır. Çünki bu virus yalnız insanların təması ilə yayılır. Hər bir insan fikirləşməlidir ki, bu virus mənim yanımdadır, əgər mən deyilənlərə əməl etməsəm, virus orqanizmimə düşüb məni xəstələndirər. Görün, xəstəxanada necə vəziyyət yaranıb. Bu xəstələrə qulluq etmək də çox çətindir. Bu, çox böyük əmək sərf edir. Bu gün suni tənəffüs aparatında olan xəstələrin yerində bizim hər birimiz ola bilərik. Buna görə də deyilənlərə əməl etməliyik. Düzdür, insanlar deyirlər ki, nə qədər evdə oturmaq olar.Hər halda, evdə, ata-ananın, uşağının yanında oturmaq xəstəxana çarpayısında olub süni tənəffüs aparatına qoşulmaqdan yaxşıdır.
- Hazırda mövcud qaydalara nəzarət sistemi də zəifdir. Qapalı məkanlarda maskadan istifadə etməyənlərin cərimlənməsinə az hallarda rast gəlmək olar. Bəlkə elə bu hal da qaydalara əməl etməyənlərin sayının artmasına səbəb olur?
- Biz humanistlik edirik, amma bu humanistlik bizə artıq baha başa gəlir. Bu məsələlərə nəzarət hüquq-mühafizə orqanlarının işidir. Qaydaları pozanlar hökmən cərimələnməlidirlər. Bu insanlar birinci növbədə özlərini qorumurlar. Düşüncəli insan istəməz ki, onun həyatı təhlükəyə atılsın. İkinci tərəfdən, belə insanlar digərləri üçün də təhlükə yaradır. Buna görə də bu insanlar hökmən məsuliyyətə cəlb olunmalıdır.
- Sizcə, iyulun 5-dən sonra sərt karantin tədbirlərinin müddətinin uzadılmasına erhtiyac var?
- Qarşıdakı iki həftənin yoluxma sayına necə təsir edəcəyini görəcəyik. Əgər qoruyucu vasitələrdən yenə də məsuliyyətsizliklə istifadə edilərsə, yoluxma hallarının sayının azalacağını demək az inandırıcı olar. Əgər say azalmasa, çox güman ki, yenə də müddətin uzadılmasına ehtiyac yaranacaq. Amma bu barədə qərarı Nazirlər Kabineti yanında Operativ Qərargah verəcək.
- Hazırda pandemiya ilə mübarizəyə dövlət tibb müəssisələri cəlb edilib. Vəziyyət daha da kəskinləşəcəyi halda, özəl tibb müəssisələrinin də bu prosesə cəlbi gözlənilə bilər?
- Pandemiya başlayanda Prezident İlham Əliyevin göstərişi ilə 5000 çarpayı fondu olan xəstəxanalar bu iş üçün ayrıldı. Sonradan isə modul tipli xəstəxanalar da tikilib istifadə verilməyə başlandı. Artıq 7000 çarpayı fondu var. Bunlardan əlavə, Mərkəzi Gömrük Xəstəxanası, "Bərpa təbabəti" İnstitutu, Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu COVİD-19 xəstələri üçün ayrılıb. Lazım gələrsə, digər dövlət müəssisələrini COVİD-19 xəstələrinin müalicəsi üçün istifadə etmək olar. Amma gələcəkdə görsək ki, - mən bunu heç arzu etməzdim, - xəstələrin sayı daha da artır və dövlət müəssisələri bunun öhdəsindən gələ bilmir, onda özəl müəssisələrini də bu prosesə cəlb etmək lazım gələcək. Bu gün isə buna ehtiyac yoxdur.
Bölməyə aid digər xəbərlər

6-08-2025, 14:15
Təranə Muradova: “Sevgisiz heç nə yaratmaq mümkün deyil” - Müsahibə
24-07-2025, 17:03
Abdulla: Aktyorları attestasiyadan keçirmək lazımdır - Müsahibə
1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə
30-12-2022, 10:55
Köçəri Nağıbəyli: “Bizim öz torpaqlarımızda yaşamaq hüququmuz olmalıdır” - Müsahibə
11-12-2022, 13:12
Səxavət Əlisoy: “Partiya sədrlərinin əksəriyyəti təkəbbürlü və yekəxanadır” - Müsahibə
27-11-2022, 10:15
Professor: “Rusiya və Fransa Azərbaycan-Ermənistan danışıqlarında böhranlı vəziyyət yaradıb” - Müsahibə
12-11-2022, 19:43
Tofiq Zülfüqarov: “Rusiyada siyasi böhran zamanıdır” - Müsahibə
28-10-2022, 13:08
Deputat: "Putin ikinci böyük səhvə yol verdi, həm də sübut etdi ki..."

ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək
"Xalq qəzeti"nin şöbə müdiri deyir ki, ömrü boyu özünü axtaran, dəfələrlə yanından ötüb keçən o qədər insan var ki