14:27 / 17-09-2025
İnsanların toxunması qızılı "yeyir"
14:00 / 17-09-2025
Müdafiə nazirinin mərhum müavininin cinayət işi üzrə məhkəmə yekunlaşıb
14:00 / 17-09-2025
Rusiya Ukraynanın nəqliyyat arteriyalarını sıradan çıxarmaq istəyir
13:54 / 17-09-2025
Məhkəmə hüquq müdafiəçisi barəsində qərar verib
13:49 / 17-09-2025
"Bakı Kart"a digər şəxs rəhbərlik edəcək
13:44 / 17-09-2025
"Azərpoçt"un adından saxta mesajlar yayılır
13:23 / 17-09-2025
Cəlaloğlu: Regionumuzun gələcək taleyi bu seçkilərdən asılıdır
13:18 / 17-09-2025
"Qarabağ" Çempionlar Liqasında "Barselona"nın nailiyyətini təkrarlayıb
13:03 / 17-09-2025
Ceyms Kemeron "Terminator 7" üzərində işləyir
12:47 / 17-09-2025
Sabah bəzi rayonlara leysan yağacaq - Proqnoz
12:44 / 17-09-2025
Rusların aldadaraq müharibəyə gətirdiyi keniyalı əsir düşüb
12:43 / 17-09-2025
Bir neçə qurum onlayn rejimə keçib - Siyahı
12:39 / 17-09-2025
Deputat: “Güzəşt müddəti uzadılsın”
12:35 / 17-09-2025
Oğruların 15 milyon tələb etdiyi biznesmen xilas edilib
12:25 / 17-09-2025
İsrail Cənubi Kiprə “Barak MX” ötürür - Hədəf Türkiyədir - Video
12:25 / 17-09-2025
Deputat: "Xalqla üz-üzə qalan, yaxası əldə olan deputatdır"
12:18 / 17-09-2025
Daşkəsən sakini 12 kq narkotiklə tutulub
11:44 / 17-09-2025
İsrailin Qəzzaya hücumları davam edir
11:41 / 17-09-2025
Samir Nəsirov İsrailə yatırılan 542,5 milyon dollardan danışıb
11:30 / 17-09-2025
İlham Əliyev: "Bu, Azərbaycan futbolunun tarixi zəfəridir"
11:27 / 17-09-2025
Qlobal əhəmiyyətli dənizaltı kabellər hücuma məruz qala bilər
11:19 / 17-09-2025
İlham Əliyev Donald Trampa təşəkkür edib
10:55 / 17-09-2025
Rusiyanın gecə hücumunun nəticələri açıqlanıb
10:31 / 17-09-2025
Zahid Oruc: “Kimdənsə xahiş etmək üçün telefondan asılı qalacağıq...”
10:28 / 17-09-2025
Lyayen: Avropa Komissiyası tezliklə 19-cu sanksiya paketini təqdim edəcək
10:21 / 17-09-2025
Çinə qarşı sanksiyaları gücləndirməyi planlaşdırırlar
10:16 / 17-09-2025
Azərbaycanın strateji valyuta ehtiyatları artıb
10:09 / 17-09-2025
Sumqayıtda ər arvadını, daha sonra isə özünü öldürüb
10:07 / 17-09-2025
Deputat: Məhkəmə qərarlarının 50 faizi icra olunmur
09:37 / 17-09-2025
Milli Məclisdə "Böyük Qayıdış"la bağlı müzakirələr aparılacaq
13:31 / 16-09-2025

20:48 / 13-09-2025

15:14 / 12-09-2025

18:29 / 12-09-2025

18:40 / 14-09-2025

23:44 / 12-09-2025

22:10 / 12-09-2025

15:37 / 14-09-2025

13:50 / 14-09-2025

13:02 / 15-09-2025

13:17 / 14-09-2025

Deputat: "Putin ikinci böyük səhvə yol verdi, həm də sübut etdi ki..."
Tarix: 28-10-2022 13:08 | Bölmə: Müsahibə

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Rusiya prezidenti Vladimir Putinin dünən "Valday klubu"nda Azərbaycana qarşı sərgilədiyi namərdliyi Moderator.az- şərh edib.
Reyting.az həmin söhbəti təqdim edir:
- Qüdrət bəy, dünən Rusiya prezidentinin "Valday klubu"nda Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan, Rusiyanın Azərbaycanın ərazi bütövlüyünü tanımasının Ermənistandan asılı olmasını bəyan etməsini necə qarşıladınız?
- Rusiya ilə dostluğa, onu Azərbaycanın ərazi bütövlüyü və suverenliyi məsələsində ədalətli qərarlar qəbul etməyə inandırmağın mümkünlüyünə inanan bir şəxs kimi böyük təəssüf hissi keçirdim. İnanıram ki, tək mən yox, həm də Putinə inanan çoxlu sayda insan bundan təəssüfləndi. Mən əvvəllər də söyləyirdim ki, regionda marağı olan Rusiya münaqişyə son qoyulmasında, digər güclər isə Türkiyə istisna olmaqla, münaqişənin ədalətli həllində maraqlı deyillər.
10 noyabr 2022-ci il sazişi də elə tərtib olunub ki, gələcəkdə bir çox məsələlər barədə razılığa gəlmək mümkün olmasın. Məsələn, yazıla bilərdi ki, Laçın və Zəngəzur dəhlizləri eyni statusa malik olacaq, amma yox, fərqli ifadələr işlətməklə Ermənistana manipulyasiyalar üçün yer qoyulub. Yaxud, üçtərəfli Bəyannamənin birinci bəndində yazılmalı idi ki, tərəflər bir-birinin ərazi bütövlüyünü tanıyır. Vətən müharibəsi dövründə dəfələrlə mətbuata verdiyim açıqlamalarda qeyd edirdim ki, biz Ermənistanla Azərbaycanın ərazi bütövlüyünün tanınmadığı heç bir sənədə imza atmamalıyıq. Amma bəzən güc faktorundan doğan acı reallıqlarla barışmalı oluruq. Putin Rusiyanın Ukraynaya təcavüzündən sonra ikinci böyük səhvini etdi. Həm də sübut etdi ki, həm o, həm də müasir Rusiya dövləti istənilən vaxt sözünün və imzasının arxasından çox asanlıqla qaça bilir. Artıq əminliklə qəbul etmək olar ki, Rusiyanın imzaladığı sazişlərin dəyəri onun üzərinə köçürüldüyü kağız parçasından da dəyərsizdir. O cümlədən, Azərbaycanla 22 fevral 2022-ci ildə Moskvada imzalanmış müttəfiqlik münasibətlərinə dair Bəyannamə də.
- Sizcə Putin niyə belə etdi?
- Rusiya sorosçu, qərbyönümlü Paşinyanı devirmək istəyir. Ona görə 44 günlük savaşda qismən neytral mövqe tutdu. Rusiya bu mərhələdə Paşinyanı devirə bilməsə də, həm onu işğalı müdafiə etməməklə cəzalandırdı, həm də Qarabağa-torpaqlarımıza öz əsgərlərini gətirdi. Hazırda görünən odur ki, Rusiya Qarabağı, Qarabağla birlikdə isə Azərbaycanı daima öz nəzarətində saxlamağı düşünür, sülh sazişinin imzalanmasından, Türkiyə-Ermənistan münasibətlərinin nizamlanmasından son dərəcə narahatdır. Putin bu açıqlaması ilə ondan imtina etmiş sivil dünyanın, ermənipərəst Qərb dairələrinin də diqqətini özünə cəlb etmək istəyir. Görünür, həmin dairələrin dəstəyinə Türkiyə-Azərbaycan münasibətlərindən daha çox dəyər verir. Bəlkə də ermənilərin vasitəsilə Qərb liderlərinə təsir edib Ukrayna bataqlığından çıxmaq üçün onlarla bir masa arxasında əyləşmək istəyir. Hamımız bilirik ki, ABŞ və Fransada güclü erməni diasporası var. İnanmıram ki, o son açıqlaması ilə Paşinyanın devrilə biləcəyini düşünür.
- Azərbaycan XİN niyə Putinin bu davranışına cavab vermədi?
- İqtidar Rusiya ilə dostluğa böyük önəm verir. Görünür ona görə. Ancaq bağlı qapılar arxasında etiraz ediləcəyinə, Soçidə onun təkliflərinin qəbul edilməz olduğunu və münasibətlərə ciddi ziyan vurduğunu onun diqqətinə çatdıracağıq. Paşinyan bəyan etdi ki, Putinin təkliflərini qəbul edir və ümid edir ki, Putin Soçidə sözünün üstündə duracaq. Bu isə əvvəl əldə olunmuş razılaşmalardan faktiki imtina deməkdir. Belə vəziyyətdə başqa nə edə bilərik?
Rusiya ilə işləməkdə davam etməli, Türkiyə və Türk Dövlətləri Təşkilatı ilə, digər dost ölkələrlə məsləhətləşmələrə başlamalı, silahlanmaya və peşəkar ordu quruculuğuna böyük pullar xərcləməliyik. Tarixin elə məqamları olur ki, böyük dövlət adamları öz ölkəsinin gələcəyi naminə cəsarətli qərarlar qəbul etməli olur. Hesab edirəm ki, Ermənistan ilin sonuna qədər Azərbaycanın ərazi bütövlüyünü tanıyan sülh sazişi imzalamasa Azərbaycan Respublikasının Prezidenti Qarabağ üzərində suverenliyimizi bərpa etmək üçün haqqa-ədalətə, beynəlxalq hüquqa əsaslanan belə bir qərar qəbul etməli olacaq. Əks halda Qarabağdan gözümüzü çəkməli, artıq ərazi bütövlüyümüzü tanımadığı və onu parçalamaq istədiyi üçün düşmən deyə biləcəyimiz ölkənin ordusunun Azərbaycanda yerləşməsi ilə barışmalı olacağıq.
Bölməyə aid digər xəbərlər

6-08-2025, 14:15
Təranə Muradova: “Sevgisiz heç nə yaratmaq mümkün deyil” - Müsahibə
24-07-2025, 17:03
Abdulla: Aktyorları attestasiyadan keçirmək lazımdır - Müsahibə
1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə
30-12-2022, 10:55
Köçəri Nağıbəyli: “Bizim öz torpaqlarımızda yaşamaq hüququmuz olmalıdır” - Müsahibə
11-12-2022, 13:12
Səxavət Əlisoy: “Partiya sədrlərinin əksəriyyəti təkəbbürlü və yekəxanadır” - Müsahibə
27-11-2022, 10:15
Professor: “Rusiya və Fransa Azərbaycan-Ermənistan danışıqlarında böhranlı vəziyyət yaradıb” - Müsahibə
12-11-2022, 19:43
Tofiq Zülfüqarov: “Rusiyada siyasi böhran zamanıdır” - Müsahibə
28-10-2022, 13:08
Deputat: "Putin ikinci böyük səhvə yol verdi, həm də sübut etdi ki..."
25-10-2022, 08:35
Politoloq: “Rusiya və İran Azərbaycanda nələrəsə nail olmağa çalışsa da...” - Müsahibə