21:48 / 21-01-2025
İran prezidenti Şahin Mustafayevi qəbul edib
21:09 / 21-01-2025
Prezident İlham Əliyev Almaniya kansleri ilə görüşüb
21:02 / 21-01-2025
İlham Əliyev Davosda İsrail prezidenti ilə görüşüb - Foto
19:36 / 21-01-2025
Mehriban Əliyeva Türkiyəyə başsağlığı verib
18:00 / 21-01-2025
Bakıda mənzillər bahalaşıb
17:53 / 21-01-2025
Yasamal DYP-yə rəis təyin olunub
17:50 / 21-01-2025
İlon Mask "TikTok"-un bağlanmasına etiraz edir
17:42 / 21-01-2025
Ədliyyə Nazirliyinin iki tenderi ləğv edilib
17:37 / 21-01-2025
İlham Əliyev Türkiyə prezidentinə başsağlığı verib
17:05 / 21-01-2025
Bakıda cərrah saxlanılıb
17:01 / 21-01-2025
Məşhur aktrisa keçmiş sevgilisinin ailə qurmasına imkan vermir
16:26 / 21-01-2025
İlham Əliyev Sultan Əhməd bin Sulaim ilə görüşüb
16:04 / 21-01-2025
Xankəndidə Quru Qoşunların əməliyyat müşavirəsi keçirilib
15:53 / 21-01-2025
Əli Əsədov təhsil müəssisələrinin növləri ilə bağlı qərar imzalayıb
15:51 / 21-01-2025
Mirzоyan: "Rusiya Ermənistan üçün müttəfiqdir"
15:44 / 21-01-2025
Tramp: Rusiya və Çinlə mübarizə üçün Qrenlandiya bizdə olmalıdır
15:37 / 21-01-2025
Trampın vəzifədə ilk günü: Milleyin portreti Pentaqondan çıxarılıb
15:18 / 21-01-2025
Hərbçimiz vəfat edib
15:03 / 21-01-2025
"Sosial sığorta haqqında" qanuna dəyişiklik olunacaq
14:58 / 21-01-2025
Klinika: "İlyas İsmayılovun vəziyyəti ağır stabil olaraq qalır"
14:47 / 21-01-2025
İlham Əliyev Davosda daha bir şirkət prezidenti ilə görüşüb
14:38 / 21-01-2025
Xalq artisti yenidən reanimasiyaya yerləşdirilib
14:23 / 21-01-2025
Lavrov: Ermənistan və erməni xalqı bizim müttəfiqimizdir
14:17 / 21-01-2025
Sabiq prezident hakim qarşısına çıxarılıb - Fotolar
14:09 / 21-01-2025
Erməni spiker: Rusiya bizi tək qoyaraq bölgəni tərk edib
14:03 / 21-01-2025
Qarabağ zonasında 601.8 hektar ərazi minalardan təmizlənib
14:00 / 21-01-2025
İran Trampla danışıqlara başlamağa hazırdır
21:47 / 18-01-2025
Milli Qəhrəmanın atasının kartından oğurlanan 80 min manat geri qaytarılıb - Yenilənib
21:19 / 17-01-2025
Xərçəng xəstəliyindən ölüm nisbəti ikiqat artıb
23:53 / 17-01-2025
Abşeronda yaşayış evində partlayış: beş nəfər yaralanıb
23:57 / 18-01-2025
“Azersun Holding”in rəhbəri vəfat edib
00:07 / 17-01-2025
Rusiya qırıcıları Polşanın hava məkanına daxil olub - Gərginlik
09:53 / 18-01-2025
Nüvə silahı istehsalı artır - Foto
00:04 / 20-01-2025
20 Yanvar faciəsindən 35 il ötür
00:14 / 17-01-2025
Ən böyük neft emalı zavodlarından biri fəaliyyətini dayandırıb
11:53 / 18-01-2025
Prezident İlham Əliyev Hakan Fidanı qəbul edib
11:52 / 17-01-2025
Azərbaycan və Gürcüstanın baş nazirləri görüşüb
Aqil Abbas: “Ortada Zəngəzur söhbəti var...” - Müsahibə
Tarix: 12-12-2020 12:17 | Bölmə: Müsahibə
Deputat: “Xankəndi, Ağdərə və Xocavəndin bəzi hissələrində idarəetməmiz tam oturuşmayıb. Meşələrdə terrorçu qruplar, əmrə tabe olmayan silahlı dəstələr var”
Milli Məclisin deputatı, yazıçı Aqil Abbas Reyting.az-a müsahibə verib.
Həmin müsahibəni təqdim edirik:
- Aqil bəy, dekabrın 10-da Azərbaycan qələbə paradı keçirdi, dost və düşmənə öz qüdrətini nümayiş etdirdi. Ziyalı və Qarabağ probleminin tarixi köklərini bilən şəxs kimi bu haqda nə düşünürsünüz: biz kimlərə və hansı mesaj verdik?
- Əvvəla, hərbi paradın keçirilməsini çox yüksək qiymətləndirirəm. Açığı, bu, həyatımda gördüyüm ən gözəl və sevincli qələbə paradıdır.
Əlbəttə, bundan əvvəl də keçirdiyimiz paradlar gözəl olub. Xatırlayıram, müstəqillik əldə etdikdən sonra da hərbi paradımız olub, amma belə möhtəşəm deyildi.
Adətən biz, daha çox Böyük Vətən müharibəsi ilə bağlı Moskvanın keçirdiyi paradları görmüşük. Bildiyiniz kimi, o paradı heç bu il də keçirə bilmədilər. Bizim paradımız ondan da gözəl idi, həm də bizim qələbə paradımız idi.
İkincisi, həm cənab prezident İlham Əliyev, həm də qardaş dövlətin rəhbəri hörmətli Rəcəb Tayyib Ərdoğan paraddakı çıxışları zamanı ciddi mesajlar verdilər. Mən bu mesajları xırdalamaq istəmirəm. Bu addım həm də dünyaya görk oldu ki, Azərbaycan tək deyil. O mənada ki, Azərbaycanın belə qüdrətli ordusu var.
Açığı, biz silahlarımızın hamısını paradda göstərmədik. Çünki elə silahlarımız var ki, onu paradda nümayiş etdirmək lazım deyil. Məsələn, indiyə qədər nadir hallarda pilotsuz uçuş aparatlarını nümayiş etdirirdik, amma son parad zamanı kifayət qədər bu modern silahlar nümayiş etdirildi. Baxmayaraq ki, bu silahlar bizdə əvvəl də var idi. Bir sözlə, bu paradda ordumuzun nə qədər möhtəşəm və qüdrətli olduğunu nümayiş etdirdik.
Üçüncüsü, sözsüz ki, müharibə zamanı, elə indi də qardaş Türkiyə bizim yanımızda idi. Amma vuruşan Azərbaycan əsgəri idi. Əlbəttə, Türkiyə texnika və siyasi dəstək baxımından arxamızda idi, yəni arxadan bizi vura bilməzdilər, kürəyimizi qardaş kürəyinə söykəmişdik. Eyni zamanda döyüşən kim idi? Qəhrəman Azərbaycan əsgəri!
Bəzən ermənilər iddia edirlər ki, guya türk xüsusi təyinatları da Qarabağda döyüşüblər, guya Bin Ladenin dəstəsi də gəlmişdi və daha nələr. Amma şəhid olanlara baxın. Əgər onlardan da döyüşən olsaydı, bilinərdi. Türkiyə öz şəhidlərini gizlədə bilməzdi. Amma görürsünüz ki, belə hallar yoxdur.
- Yeri gəlmişkən, paradda Rəcəb Tayyib Ərdoğan çıxışı zamanı bildirdi ki, qalib gəlsək də, bu proses bitməyib...
- Əlbəttə, bitməyib. Hələ Qarabağda idarəetmə tam təmin edilməyib. Xankəndi, Ağdərə və Xocavəndin bəzi hissələrində idarəetməmiz tam oturuşmayıb. Digər tərəfdən, ortada Zəngəzur söhbəti var. O cümlədən Azərbaycanla Naxçıvan arasında əlaqəni təmin edəcək yolun açılması məsələsi var.
Təbii ki, bizim başqasının torpağında gözümüz yoxdur. Amma cənab prezident çıxışı zamanı nə dedi? Zəngəzur, Göyçə və İrəvan bizim torpaqdır! Əgər Ermənistan bir də bizə qarşı baş qaldırarsa...
Yeri gəlmişkən, ermənilərin həm Gürcüstana, həm də Türkiyəyə əsassız ərazi iddiaları var. Ermənistan bir daha başını qaldırıb bizə qarşı hansısa söhbətlər etməyə çalışsa, yəqin ki, bizim olmuş digər ərazilərin də taleyi həll oluna bilər. Onsuz da Ermənistan bir dövlət kimi varlığını itirib.
- Yeni müharibə ehtimallarını nə dərəcədə real sayırsınız?
- Mən yeni müharibə gözləmirəm. Çünki ermənilərin başı yüz ildən bir çönür. Bu, xronologiyaya baxdıqda da görünür. Ermənistan anladı ki, bir daha müharibəyə cəhd etsə, dövlətçiliyini itirəcək.
- Amma Ermənistanda bu gün də revanşist qüvvələr var...
- Revanşist qüvvələr sözsüz ki, var. Yeri gəlmişkən, belə qüvvələr Dağlıq Qarbağda da mövcuddur. Meşələrdə terrorçu qrupları, əmrə tabe olmayan silahlı dəstələri var. Amma belə revanşist qüvvələr heç nəyə nail ola bilməzlər. Ermənistanda sadə ermənilər də anlayır ki, onların uşaqlarını aparıb onlara məxsus olmayan torpaqlarda öldürüblər.
Sonuncu müharibədə ermənilər 10 mindən çox itki verib. Ölənlərin də mütləq əksəriyyəti gənclərdir. Bunların ailə üzvləri, yaxınları yuxarı-aşağı 500 min adam deməkdir. Onun qarşısında erməni hökuməti dura bilməz. Həm də revanş etmək istəsələr, bu dəfə “Dəmir yumruq”un səsi İrəvandan gələr.
- Qarabağdakı ermənilərin, xüsusilə separatçıların vəziyyəti necə olacaq?
- Separatçılar gedəcək və yəqin ki, gedirlər də. Əgər Qarabağdakı ermənilər Azərbaycan qanunlarına tabe olacaqsa, qanunlarımızın, konstitusiyamızın tələblərini qəbul edəcəksə, Azərbaycan dövlətinin pasportunu daşıyacaqsa, buyurub yaşasınlar. Azərbaycanda etnik qruplar yaşayır, onlar hansı hüquqlara malikdirsə, ermənilər də həmin hüquqa malik ola bilərlər. Burada qeyri-adi məsələ yoxdur.
- Amma müşahidə edirik ki, Ermənistanın Müdafiə naziri Xankəndinə gəlir, orada hansısa ordu quruculuğunu müzakirə edir, sülhməramlıların rəhbərləri ilə fotolar çəkdirirlər...
- Ermənistan Müdafiə naziri bəlkə gəlib oradakı cinayətkarlara xəbərdarlıq etməyə? Biz bunu dəqiq bilmirik. Digər tərəfdən, separatçılarla sülhməramlılar görüşməlidir. Çünki onlarla kontakt qurulur, başa salınırlar.
Amma siz də görmüsünüz ki, bizim hərbçi generallarımız, habelə Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Əli Nağıyev də sülhməramlı kontingentin komandanı ilə Laçında, Kəlbəcərdə görüşdülər, müzakirələr apardılar. Yəni gələcəkdə nələrin olacağı planlaşdırılır. Biz yüz faiz o ərazilərimizdə də idarəçiliyi bərpa edəcəyik.
- Aqil bəy, bizim ərazimizin təxminən 20 faizi işğal edilmişdi. Hazırda ermənilərin nəzarətində neçə faiz ərazimiz qalır?
- Ermənilərin nəzarətində təxminən 3 min kvadrat kilometr ərazi qalır, əslində bundan da azdı. Çünki Xocavənd rayonun Hadrut qəsəbəsi, eləcə çoxlu sayda kəndi bizdədir. O cümlədən Ağdərənin bir sıra kəndləri -Umudlu, Sırxavənd, Narışlar və digərlərini qaytarmalıdırlar. Bu mənada düşünürəm ki, ermənilərin əlində əslində çox az ərazi qalıb. Bu da mülki ermənilərin yaşaması üçün yetərlidir. Yəni Azərbaycan qanunlarını qəbul edib yaşaya bilərlər.
- Ortada Xocalı hava limanının işə salınmasına dair fikirlər də var...
- Xocalı hava limanı Azərbaycanın razılığı və nəzarəti ilə işləyə bilər. Yeri gəlmişkən, hazırda Ağdam hava limanı da təmizlənir. O cümlədən Füzuli hava limanı. Əslində bunlar gələcəyin məsələsidir.
Reyting.az
Bölməyə aid digər xəbərlər

8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 21:27
Rahib Qərib: “Mən seçicilərimə vəd yox, kişi sözü verirəm” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə
30-12-2022, 10:55
Köçəri Nağıbəyli: “Bizim öz torpaqlarımızda yaşamaq hüququmuz olmalıdır” - Müsahibə
11-12-2022, 13:12
Səxavət Əlisoy: “Partiya sədrlərinin əksəriyyəti təkəbbürlü və yekəxanadır” - Müsahibə
27-11-2022, 10:15
Professor: “Rusiya və Fransa Azərbaycan-Ermənistan danışıqlarında böhranlı vəziyyət yaradıb” - Müsahibə
12-11-2022, 19:43
Tofiq Zülfüqarov: “Rusiyada siyasi böhran zamanıdır” - Müsahibə
28-10-2022, 13:08
Deputat: "Putin ikinci böyük səhvə yol verdi, həm də sübut etdi ki..."
25-10-2022, 08:35
Politoloq: “Rusiya və İran Azərbaycanda nələrəsə nail olmağa çalışsa da...” - Müsahibə
21-10-2022, 13:42
Vahid Əhmədov: “Heç kim bahalaşmanın qarşısını ala bilmir” - Müsahibə
15-10-2022, 09:58
Deputat: “Rusiya ilə məsələni konkretləşdirməyin vaxtı çatıb” - Müsahibə