13:33 / 01-03-2021
Əməyin mühafizəsi ilə bağlı yeni qanunlar hazırlanacaq
13:28 / 01-03-2021
Dünyada ilk dəfə Bakıda yaradılan “Suraxanı” gəmi-muzeyinin açılışı olub
13:21 / 01-03-2021
Paşinyanın əleyhdarları hökumət binasına basqın ediblər
13:13 / 01-03-2021
Prezident İlham Əliyev Xəzər Dəniz Gəmiçiliyinin yeni inzibati binasının açılışını edib -Fotolar
13:03 / 01-03-2021
Sabah hava necə olacaq? - Proqnoz
12:55 / 01-03-2021
Prezident və birinci xanım “Akademik Zərifə Əliyeva” gəmisinin suya salınması mərasimində iştirak edib
12:48 / 01-03-2021
Xızıda "TIR" traktorla toqquşub, ölən və xəsarət alanlar var
12:31 / 01-03-2021
“Anadolu” İlham Əliyevin mətbuat konfransından geniş məqalə dərc edib
12:29 / 01-03-2021
Ankarada Azərbaycan-Türkiyə Mədəniyyət üzrə Birgə Komissiyanın iclası keçirilib - Foto
12:20 / 01-03-2021
Pandemiya insanları uydurma fərziyyələrə inanmağa vadar edir
12:19 / 01-03-2021
Rusiyaya meyvə-tərəvəz ixrac edən sahibkarlara köməklik göstəriləcək
12:10 / 01-03-2021
Gürcüstan Rusiya buğdasından imtina edir
12:07 / 01-03-2021
Rusiyada daha 333 nəfər koronavirusdan ölüb
12:02 / 01-03-2021
Daha iki general Paşinyana qarşı çıxdı - Fotolar
11:42 / 01-03-2021
Qubadlıda yeni postlar qurulub - Fotolar
11:39 / 01-03-2021
Bu sürücülər cərimələnəcək - DYP-dən xəbərdarlıq
11:33 / 01-03-2021
Xocavənddə silah-sursat aşkarlanıb
11:30 / 01-03-2021
Azad olunmuş ərazilərə keçməyə cəhd göstərən şəxslər saxlanılıb
11:24 / 01-03-2021
“YAŞAT” Fondu daha 10 qazini Türkiyəyə müalicəyə göndərib - Video
11:19 / 01-03-2021
Keçmiş polis rəisinə yeni vəzifə verilib
11:11 / 01-03-2021
Nazir: "Mənzillə təmin olunmayan heç bir şəhid ailəsi qalmayacaq"
11:09 / 01-03-2021
Şagirdlər milli qiymətləndirməyə cəlb olunacaq
10:56 / 01-03-2021
Ceyhun Bayramov: “Multikultural cəmiyyət kimi daha yaxşı gələcək qurmağa sadiqik”
10:52 / 01-03-2021
Gürcüstanda daha 160 nəfərdə koronavirus aşkarlanıb
10:48 / 01-03-2021
Ermənistanda daha 158 nəfər koronavirusa yoluxub
10:41 / 01-03-2021
Dünya əhalisinin 10%-dən azında antikor var
10:37 / 01-03-2021
İşğaldan azad edilmiş ərazidə qəzaya düşən şəxslər işdən çıxarılıb
10:17 / 01-03-2021
Cinayət törətməkdə şübhəli bilinən 74 nəfər saxlanılıb
10:11 / 01-03-2021
Dünya bazarında neft və təbii qazın qiyməti artır
15:33 / 24-02-2021

19:42 / 24-02-2021

17:58 / 25-02-2021

16:31 / 24-02-2021

13:02 / 27-02-2021

14:05 / 24-02-2021

12:29 / 25-02-2021

14:15 / 27-02-2021

11:48 / 28-02-2021

15:10 / 26-02-2021

12:04 / 25-02-2021

17:30 / 24-02-2021

Vahid Əhmədov: “Laçın dəhlizində bizim hərbçilərimiz durmalıdır” - Müsahibə
Tarix: 23-01-2021 21:26 | Bölmə: Müsahibə

Deputat: “Laçın dəhlizindən Azərbaycana gələn hər bir şəxsin kimliyini bilməli, oradan ölkəmizin ərazisinə hansı yüklərin daşınmasından məlumatlı olmalıyıq”
Azərbaycan Ordusu işğalçı Ermənistan üzərində böyük qələbə qazanıb, Qarabağa nəzarəti ələ alsa da, siyasət masasında həll edilməli olan ciddi problemlər var. Bunlardan ən vacibi Laçın dəhlizi, eyni zamanda hazırda ermənilərin yaşadığı Azərbaycanın Xankəndi, Xocalı və digər yaşayış məntəqələrinə nəzarətin tam bərpasıdır. Baş nazirin keçmiş müavini, Milli Məclisin üzvü Vahid Əhmədov Reyting.az-a müsahibəsində həm bu, həm də digər problemlərdən danışıb.
V. Əhmədovla müsahibəni təqdim edirik:
- Vahid müəllim, Rusiya Xarici işlər naziri Sergey Lavrovun son Qarabağ açıqlamalarını necə qiymətləndirirsiniz? Hansı ki Lavrov Dağlıq Qarabağın statusu haqda nələrəsə işarə edib.
- Rusiyanın bu məsələdə mövqeyini qənaətbəxş qiymətləndirməzdim. Mən həmişə demişəm, biz onlara inanmırıq, inana da bilmərik. Çünki üç gün əvvəl 20 Yanvar facisənin növbəti ildönümünü qeyd etdik, şəhidlərimizin ruhunu şad etdik, xatırladıq.
Sözsüz ki, Azərbaycan əldə etdiyi qələbə naminə, ölkəmizin ərazi bütövlüyünün bərpasını nəzərə alaraq dövlət başçımız icazə verdi ki, rus sülhməramlı qüvvələri münaqişə bölgəsinə gəlsinlər, müharibə dayansın, Ermənistan da məğlubiyyətini etiraf etsin. Ancaq bəzən eşidirik ki, sülhməramlılar onlara aidiyyəti olmayan işlərlə məşğul olur. Yeri gəlmişkən, bu barədə Türkiyə mətbuatı da yazır. Eləcədə Türkiyə dövlət rəsmiləri də bu barədə xəbərdarlıq edirlər.
Mən bir daha deyirəm, nə qədər ağır və çətin olsa da, bizim əsas məqsədimiz işğaldan azad olunan ərazilərin bərpası məsələsidir. Biz, bu əraziləri tez bir zamanda bərpa etməli, insanlarımızı oralarda yerləşdirməliyik.
Mənə elə gəlir ki, sülhməramlı qüvvələr heç beş il müddətində orada qalmayacaqlar. Müəyyən müddətdən sonra yəqin ki, onlar oradan gedəcəklər.
- Bu halda Xankəndinin taleyi necə olacaq?
- Xankəndi, Ağdərə, Xocavənd, Xocalıda da Azərbaycanın dövlət idarələri yerləşəcək, bütün problemlər də öz həllini tapacaq. Mənim buna şübhəm yoxdur.
Bu arada xüsusilə diqqəti bir məqama yönəltmək istərdim. Azərbaycanın dövlət başçısı yeni bir fərman imzaladı. Bu fərman əsasında cənab Prezident xüsusi nümayəndələr təyin edəcək. Baxaq görək, bəlkə elə həmin rayonlara da xüsusi nümayəndələr təyin olunacaq. Bu da, olduqca vacib məsələdir.
Amma mən hər zaman demişəm, bu gün bir daha vurğulamaq istərdim: əgər Ermənistan Azərbaycanla əlaqələr qurmaq, normal qonşuluq münasibətlərinə daxil olmaq istəyirsə, iki məsələni həll etməlidir.
Birincisi, Ermənistan dövlət kimi yaşamaq və inkişaf etməkdə maraqlıdırsa, Azərbaycan dövlətinin ərazi bütövlüyünü tanımalı, bizim sərhədlərimizə hörmətlə yanaşmalıdır. Bu, əsas məsələdir.
İkincisi, Dağlıq Qarabağın statusu məsələsini birdəfəlik unutmalıdır.
Rusiyanın Xarici işlər naziri Lavrov, eləcədə Federasiya Şurasının sədri mütəmadi olaraq Dağlıq Qarabağın statusu məsələsinə qayıdırlar. Fikrimcə, erməniləri əldə saxlamaq, həvəsləndirmək məqsədilə belə variantlara əl atırlar.
Bizim kifayət qədər təcrübəmiz var, eləcədə Vətən müharibəsi zamanı da müəyyən təcrübə əldə etdik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi iradəsi var, qətiyyətli addımlar atır, ölkənin maraqlarını bütün sferalarda qoruyur. Bu mənada düşünürəm ki, nə qədər ağır və çətin olsa da, Qarabağ məsələsi Azərbaycanın xeyrinə həllini tapacaq. Bəli, qarşı tərəf təxribata gedir, bəzi addımlar atır. Amma sonda biz istədiyimiz nəticəni əldə edəcəyik.
- Siz hazırda bu proesdə ən vacib və əhəmiyyətli məsələnin hansı olduğunu düşünürsünüz?
- Məsələn, Laçın dəhlizində bizim hərbçilərimizlə, gömrükçülərimizin oturmasını vacib sayıram. Düşünürəm ki, bu məsələni həll etməliyik. Üstəlik, bunu gecikdirmək də olmaz. Laçın dəhlizindən Azərbaycana gələn hər bir şəxsin kim olduğunu bilməliyik. Eyni zamanda oradan Azərbaycana hansı yüklərin daşınmasından məlumatlı olmalıyıq.
Hörmətli Vladimir Putin çıxışlarının birində qeyd etdi ki, Qarabağa 48 min erməni qayıdıb. Görəsən, bu ermənilər kimlərdir? Terrorçudurlar, Azərbaycan dövlətinə qarşı müharibədə iştirak etmiş şəxslərdir, yoxsa mülki insanlardır? Bunların hamısı araşdırılmalıdır.
Biz qələbənin əhəmiyyətini nəzərə alaraq müəyyən güzəştlərə getdik. Amma Rusiya da anlamalıdır ki, bu torpaqlar Azərbaycana məxsusdur. BMT çərçivəsində, dünya bu torpaqların Azərbaycana məxsus olduğunu qəbul edib. Onların hamısı da Azərbaycanın ərazisi olacaq.
- Sizcə, Sergey Lavrovla Rusiya dövlətinin mövqeyi eynidir, yoxsa burada fərqliliklər var?
- Fikir verirsinizsə, Rusiyada müəyyən hadisələr baş verəndə ilk danışan Vladimir Jirinovski olur. Yəni o, Rusiyanın danışan dilidir.
Sergey Lavrova gəldikdə, onun bir tərəfinin erməni olduğuna dair fikirlər mövcuddur, ola bilsin, bu məsələlərdə maraqlıdır. Özü də bir neçə gün əvvəl Ermənistanın Xarici işlər naziri ilə müzakirələr aparıb. Amma bunların heç birinin xeyri yoxdur. Artıq Azərbaycan o Azərbaycan, millət də əvvəlki millət deyil. Üstəlik, dövlət başçısının iradəsi var, lazım olanda ortaya dəmir iradəsini qoyur. Odur ki, bu məsələlər öz həllini tapacaq.
İkincisi, Türkiyə dövləti sülhməramlılar və digər məsələlərlə bağlı narazılığını dilə gətirib. Hesab edirəm, müəyyən qədər vaxt lazımdır. Amma eyni zamanda, çalışmaq lazımdır ki, ora artıq silah-sursat daxil olmasın. Bunun da yeganə yolu Laçın dəhlizində bizim sərhədçilərimizin oturub xidmət aparmasıdır.
- Ermənistanda müxalifətin indiki erməni hökumətinə qarşı sərt mövqe tutduğu müşahidə olunur. Sizcə, Ermənistandakı iqtidar probemin danışıqlar yolu ilə həll edilməsinə və hələlik nəzarətimizdən kənarda qalan ərazilərdə süverenliyimizin bərpasına razı olacaqmı?
- Erməniləri də bəzi addımlara təhrik edənlər var. Bir daha qeyd edim ki, Ermənistanın bir dövlət kimi yaşamaq və irəliləməyini istəyirlərsə, ermənilər iki məsələni həll etməlidir.
Dünyada düzən dəyişir, Qafqazda məsələlər tamam başqa istiqamətə yönəlir, Türkiyə artıq Qafqazdakı proseslərdə iştirak edir, sözünü deyir.
Pakistanla Azərbaycan arasında müəyyən anlaşmalar imzalandı. Bunlar adi məsələlər deyil. Pakistan nüvə dövləti, kifayət qədər böyük ölkədir. Bunların hamısı cənab Prezidentin apardığı siyasətdir ki, gələcəkdə hər hansı bir problem yaranmasın.
Amma mən onun tərəfdarıyam ki, Azərbaycanda Türkiyənin hərbi qüvvələri yerləşdirilsin. Bu, bizim üçün çox vacibdir. Bu, həm Qarabağda hansısa qarşıdurmanın, həm də ərazi bütövlüyümüzün qarantıdır. Üstəlik, sabah hər hansı bir dövlət Azərbaycanı təhdid edə bilməz, çünki Türkiyə NATO dövlətidir.
- ABŞ-da Donald Tramp dövrü bitdi, Con Baydenin hakimiyyəti başlayır. Sizcə, Bayden siyasətinin priroritetləri hansılar ola bilər?
- Öncədən bəzi şəxslər deyirdilər ki, Bayden erməni lobbisinə yaxın adamdır, müəyyən problemlər ola bilər. Amma hakimiyyətə gələn, səs toplamağa çalışan siyasətçinin seçkilər zamanı şişirdilmiş bəyanatlar verməsinə təbii yanaşmaq lazımdır. Mən düşünmürəm ki, Azərbaycanla Amerika arasında problemlər yarana bilər. Çünki ABŞ Azərbaycanı bu məsələlərdə kifayət qədər müdafiə edib, bizim ərazi bütövlüyümüzü tanıyıb. Ona görə də, hər hansı bir çətinlik ola bilməz.
Digər tərəfdən, Türkiyə NATO dövlətidir, hərbi ittifaqın ikinci ən güclü ölkəsidir. Güman edirəm ki, ABŞ-Türkiyə münasibətləri də yüksək səviyyədə qurulacaq.
Baydenin öz siyasətində hansı məsələləri önə çəkəcəyi zamanla ortaya çıxacaq. Tramp hakimiyyətdə olanda ənənəvi siyasətdən kənara çıxmışdı, amma Bayden kifayət qədər təcrübəli siyasətçidir, tanınmış adamdır. Gözləntim belədir ki, Bayden normal siyasət aparacaq, qarşıdurmalara getməyəcək.
Reyting.az
Bölməyə aid digər xəbərlər

6-02-2021, 17:40
Rusiyada inqilabi dəyişiklik ssenarisi işə salına bilər - Politoloq
9-01-2021, 17:58
Politoloq: “Zəngəzur dəhlizində Rusiyanın da marağı var” - Müsahibə
28-12-2020, 18:37
Hikmət Hacıyev: "UNESCO Ermənistanın qanunsuz əməllərinə adekvat reaksiya verməlidir" - Müsahibə
26-12-2020, 21:55
Deputat: “Qarabağda dünyanın nüfuzlu banklarının filiallarının açılmasına nail olmalıyıq” - Müsahibə
19-12-2020, 19:02
Rəşad Mahmudov: “Antiviral müalicələr xəstəxanalara müraciətləri 90 faiz azalda bilər” - Müsahibə
15-12-2020, 10:19
Sülhəddin Əkbər: “Bizi müharibə potensialı olan üç böyük problemli məsələ gözləyir” - Müsahibə
12-12-2020, 12:17
Aqil Abbas: “Ortada Zəngəzur söhbəti var...” - Müsahibə
2-12-2020, 13:51
Deputat: “Ermənistanın siyasi elitası barış barədə yox, revanş haqqında danışır” - Müsahibə
1-12-2020, 17:10
Sabiq komandir: “Türkiyə ordusu Laçın dəhlizindəki postlararası patrul xidmətinə cəlb edilməlidir” - Müsahibə
25-11-2020, 13:14
Tofiq Zülfüqarov: “Qarabağda hansısa mərhələdə ruslar, hansısa mərhələdə türklər aktiv görünəcək” - Müsahibə
20-11-2020, 11:25
Deputat: “Rusiya və digərlərində qıcıq doğuran odur ki, Türkiyə niyə böyük heyətlə gəlir” - Müsahibə
18-11-2020, 14:19
Ayaz Mütəllibov: “Türk ordusunun ölkəmizə gəlişini müsbət qiymətləndirirəm” - Müsahibə
11-11-2020, 20:14
Məhərrəm Əliyev: “Türkiyə Rusiya ilə birlikdə Qarabağda nəzarət funksiyasını həyata keçirəcəkdir” - Müsahibə
11-11-2020, 10:58
Deputat: “Prezidentin “Qarabağ bizimdir!” şüarına heç kim şübhə etməsin” - Müsahibə
7-11-2020, 17:53
Xocalının sabiq icra başçısı: “Xocalının azad olunan kəndləri Xocalıdan daha çox Şuşaya yaxındır” - Müsahibə
25-10-2020, 09:52
Yaqub Məmmədov: “Azərbaycan bayrağı Şuşada da, Xankəndində də dalğalanacaq” - Müsahibə
15-10-2020, 17:09
Hikmət Hacızadə: “Rusiyanın Qarabağa sülhməramlı qüvvə yerləşdirməsinə imkan verməməliyik” - Müsahibə
13-10-2020, 09:45
Politoloq: “Müharibə davam edəcək” - Müsahibə
12-10-2020, 12:38
Rusiyalı ekspert: “Gəncədə baş verənlər terror aktıdır”
11-10-2020, 12:21
Politoloq: “Türkiyə atəşkəsi uzatmağa razı olmayacaq” - Müsahibə
2-10-2020, 13:27
Metyu Brayza: “Makronun bəyanatı şokedici idi” - Müsahibə
25-09-2020, 14:34
Hərbi ekspert: “Ermənistan başa düşür ki, təkbaşına müharibəyə başlasa uduzacaq” - Müsahibə
22-09-2020, 19:00
Vahid Əhmədov: “İşğaldakı ərazilərimizi azad etmək üçün tarixi şans yaranıb” - Müsahibə
19-09-2020, 20:07
Keçmiş diplomat: “Azərbaycanda sabitliyi pozmaq istəyirlər” - Müsahibə
16-09-2020, 17:51
Qabil Hüseynli: “Türkiyə Cənubi Qafqaz uğrunda Rusiya ilə toqquşmalı olacaq” - Müsahibə
10-09-2020, 14:38
Mehman Əliyev: “Əli Həsənovun böyük siyasi iddiaları var idi” - Müsahibə
2-09-2020, 16:47
Rüstəm Behrudi: “Əgər deyilənlər həqiqətdirsə, onda Ramiz Mehdiyev bu xalqın düşmənlərindən biridir” - Müsahibə
2-09-2020, 13:32
Adil Əliyev: “Ramiz Mehdiyev Azərbaycanı ən azı 30 il geriyə sürükləmək istəyir” - Müsahibə
26-08-2020, 17:44
“Ramiz Mehdiyev dövlət və dövlətçilik üçün təhlükəlidir” - Müsahibə
23-08-2020, 18:04
Partiya sədri: “Azərbaycan Türkiyə ilə hərbi ittifaq sazişi bağlamalıdır” - Müsahibə
21-08-2020, 14:59
Siyasi analitik: “Türkiyə Fransanın təhdid və şantajlarına boyun əyməyəcək” - Müsahibə
19-08-2020, 15:30
Deputat: “Xalq Lukaşenkonun kobud, kolxozsayağı davranışını qəbul etmək istəmir” - Müsahibə
18-08-2020, 12:56
Sərdar Cəlaloğlu: “Azərbaycan və Türkiyənin vahid orduya keçməsinin tərəfdarıyam” - Müsahibə
12-08-2020, 12:41
Deputat: “Türkiyə Qarabağın işğaldan azad olunması üçün Rusiya ilə danışıqlar aparmalıdır” - Müsahibə
12-08-2020, 11:19
Vahid Əhmədov: “Struktur dəyişiklikləri baş verəcək” - Müsahibə
6-08-2020, 12:18
Azərbaycanlı həkim: "Koronaviruslu xəstələrin 97%-də simptomlar 11-12-ci günlərdə üzə çıxır"
27-07-2020, 12:25
CXP sədri: “Rusiya Qafqazdan getməli olacaq” - Müsahibə