20:02 / 15-09-2025
Payız “Ulduz”u görüşünüzə gəlib - Foto
19:24 / 15-09-2025
Xalq artistinin nəşi Azərbaycana gətiriləcək
18:04 / 15-09-2025
İlham Əliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul edib
18:00 / 15-09-2025
Şuşada külli miqdarda silah-sursat aşkarlanıb
17:51 / 15-09-2025
Bakıda və rayonlarda leysan yağacaq - Xəbərdarlıq
17:49 / 15-09-2025
"Benfika"nın baş məşqçisi: "Qarabağ"la matçda 3 xal qazanmağı hədəfləyirik"
17:37 / 15-09-2025
Rusiyadan Ermənistana qaz tədarükü dayandırılacaq
17:30 / 15-09-2025
Azərbaycan INFE-yə tamhüquqlu üzv olub
17:20 / 15-09-2025
"Qarabağ" və "Neftçi"nin oyunlarını FIFA referiləri idarə edəcək
16:57 / 15-09-2025
İş adamı Vüsal Abbasov həbs edilib
16:52 / 15-09-2025
İcra başçısının sabiq müavini dələduzluqda ittiham olunur
16:39 / 15-09-2025
Mərkəzi Bank üç kredit ittifaqına icrası məcburi göstəriş verib
16:09 / 15-09-2025
İlham Əliyev ICESCO-nun Baş direktorunu təltif edib - (Yenilənib)
15:58 / 15-09-2025
Əli Əsədov sərəncam imzalayıb
15:55 / 15-09-2025
İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib - Yenilənib
15:27 / 15-09-2025
Prezident Qarabağda dörd kəndin sakinləri ilə görüşüb - Yenilənib
15:11 / 15-09-2025
Kəlbəcərə köç karvanı gedib - (Yenilənib)
15:07 / 15-09-2025
Ruslar daha bir yaşayış məntəqəsini işğal edib
15:00 / 15-09-2025
Həkim Azər Maqsudovun məhkəməsi qapalı keçiriləcək
14:54 / 15-09-2025
70 yaşlı müğənni: "Xalq artisti adı istəyirəm"
14:44 / 15-09-2025
Nazirliyin Aparat rəhbəri vəzifədən azad olunub
14:36 / 15-09-2025
Rusiyanın NATO sərhədlərini pozmasına səbəb nədir?
14:18 / 15-09-2025
Zeynəb Xanlarovanın nəvəsinin toyu olacaq
13:58 / 15-09-2025
Keyt Kelloq: Rusiya müharibəni uduzur
13:49 / 15-09-2025
Qərbi Azərbaycan İcması "Qərbi Azərbaycan TV" ilə bağlı məlumat yayıb
13:48 / 15-09-2025
Rusiya sərgi tankını cəbhə xəttinə göndərir
13:38 / 15-09-2025
Prezident Ərdoğan Qətərə gedib
13:13 / 15-09-2025
Masazırda 57 yaşlı kişini "tok" vurub
13:03 / 15-09-2025
Zakir Həsənov Bakıda Türkiyə Baş Qərargah rəisini qəbul edib
13:02 / 15-09-2025
Qarabağda ermənilərin gizli silah anbarları var
06:10 / 11-09-2025

13:31 / 11-09-2025

20:48 / 13-09-2025

21:32 / 10-09-2025

15:14 / 12-09-2025

18:29 / 12-09-2025

09:46 / 11-09-2025

10:50 / 12-09-2025

18:40 / 14-09-2025

23:44 / 12-09-2025

10:33 / 11-09-2025

Əli Əliyev: “Azərbaycanda vaksinasiya düzgün aparılmır” - Müsahibə
Tarix: 23-08-2021 16:57 | Bölmə: Müsahibə

Tibb Universitetinin dosenti deyir ki, Azərbaycan hökumətinin koronavirusla mübarizə tədbirləri baş-ayaqdır
Azərbaycanda koronavirusla bağlı yenidən kritik vəziyyət yaranıb. Reyting.az-ın xəbərinə görə, Vətəndaş və İnkişaf Partiyasının sədri, Azərbaycan Tibb Universitetinin dosenti Əli Əliyev Yenisabah.az-a müsahibəsində deyib ki, hələ xeyli əvvəl avqustun ikinci yarısında üçüncü dalğanın yaşanacağını bildirib:
- Yəni gözlənilən idi, çünki hökumət lazım olan maariflənmə işini aparmır.
İkinci məsələ isə sanitar tədbirlərin həyata keçirilməməsidir. Bu, xüsusilə ictimai nəqliyyat, yas və toy mərasimlərinə nəzarətlə bağlıdır. İnsanlar ən çox həmin yerlərdə yoluxurlar.
Bəzi hallarda lüzumsuz tədbirlər görülüb. Məsələn, son açılımaya qədər insanları təmiz havada maska ilə gəzməyə məcbur edirdilər, amma ictimai iaşə müəssisələrində hər kəs maskasız ünsiyyət saxlaya bilirdi. Bu cür başa düşülməyən addımlar atılırdı.
Azərbaycanda koronavirusla bağlı Operativ Qərargahın toplantısını Prezidentin innovasiyalar üzrə köməkçisi həyata keçirir. Onun xəstəliyə nə aidiyyəti var, hansı virusoloji, tibbi bilikləri, praktik vərdişləri var? Ümumiyyətlə, hökumətin bütün işləri baş-ayaqdır.
Xarici işlər nazirinin sözçüsü koronavirusla bağlı brifinq aparır, bəli, hökumət belə məntiqsiz işləyir. Ona görə də bütün bunlarda hökumətin subyektiv günahları var və həmin günahlar bu cür vüsət almaya gətirib çıxarır.
Burada mən süni çoxalma faktoru da görürəm. Çünki ola bilməz ki, may ayından iyulun sonunadək yaxın məsafələrin mövcudluğu şəraitində yaşayan cəmiyyətdə yoluxma az olduğu halda indi birdən-birə say artımı olsun. Ümumiyyətlə, ilk gündən mən virusa bioloji silah demişəm. Ştamların bir-birini bu cür əvəz etməsi onu göstərir ki, bunlar laboratoriyada yetişdirilmiş viruslardır, növbə ilə dövriyyəyə buraxılırlar.
- Bildiyiniz kimi, səhiyyənin yüksək inkişaf etdiyi dövlətlərdə də indiyədək virusun qarşısını almaq mümkün olmayıb. Sizcə, nə baş verir?
- Burada da ayrıca bir faktor axtarmaq olmaz. Bu xəstəliyin yayılmasının səbəblərindən biri immunitet zəifliyidir. İnsanlar normal qidalanmalıdır ki, immunitet normal olsun və virus hər düşdüyü yerdə inkişaf edə bilməsin. Azərbaycanda qidalanma aşağıdır. İnsanlar normal vitaminli, zülal, karbohidrat, yağ tərkibli maddələr qəbul edə bilmirlər. Bunlar isə yoluxmanın çoxalmasına, pandemiyanın genişlənməsinə səbəb olan amillərdəndir. Düzdür, heç kəs onları birbaşa vasitə kimi müzakirə eləmir, amma bunların bilavasitə təsir göstərən amillər olması reallıqdır.
- Hazırda ölkədə “Sinovac”la bağlı inamsızlıq mövcuddur. Siz bu peyvənd barədə nə düşünürsünüz?
- Hazırlanmış vaksinlərlə bağlı bir məsələni qeyd edim ki, onların hamısı - “Sinovac”, “Pfizer”, “Moderna”, “AstraZeneca” birinci dalğada olan “Alfa” ştammına qarşı hazırlanmışdı. Ona görə də onların məntiqlə sonradan gələn “Beta”, “Gamma” və indi müzakirə etdiyimiz “Delta” versiyasında effekt göstərməsi inandırıcı deyil. Çünki vaksin ştammdan əldə edilmiş virusdakı zülal komponentinə, amin turşu ardıcıllığına uyğun hazırlanır. Bu gün fərqli ştammların ortaya çıxması isə o deməkdir ki, ilkin variantdan mutasiya olunmuş, formasını dəyişmiş zülal komponentli viruslar dövriyyədədir. Ona görə də vaksinlərin effektivliyinə inanmıram, məntiqlə bu cür olmamalıdır.
- Ramin Bayramlı açıqlama verib ki, süni nəfəs aparatına qoşulanların 97 faizi vaksin vurdurmayanlardır...
- Gözünün içinə qədər yalan deyir. Çünki təbliğat aparırlar ki, ölkədə vaksinasiya prosesi getsin. Əksinə, vaksin olunmuş adamlar xəstəliyi daha ağır keçirirlər. Bunu şəxsi müşahidələrimə əsasən deyirəm. Vaksinasiya immuniteti, şəxslərin müqavimət qabiliyyətini zəiflədir. Vaksinasiya olunmuş şəxslər virusa süni şəkildə yoluxurlar.
Bundan əlavə, Azərbaycanda vaksinasiya düzgün aparılmır. İnsanlarımızın bir hissəsi yoluxsa belə, qeydiyyatdan keçməyib, ona görə də onları vaksinasiya prosesindən keçməyə məcbur edirlər. Hətta bir çox hallarda qeydiyyata alınanlara belə peyvənd vurdurmağa çalışırlar. Hökumət altı ay desə də, tibbi nöqteyi-nəzərdən virusa yoluxmuş adamlara ən azı bir il virus əleyhinə peyvənd vurulmamalıdır. O adamların qanında G anticismləri olur və onların mövcudluğu şəraitində vaksinasiya olunmaq insanın immunitetinin zəifləməsi, yenidən yoluxma ehtimalının artması deməkdir. Bu da insanın xəstəliyi ağır keçirməsinə, müqavimət imkanlarının zəifləməsinə gətirib çıxarır.
Buradakı məsələ ilk növbədə orqanizmin individual immun sisteminin vəziyyəti ilə bağlıdır. Həkim kimi deyə bilərəm ki, peyvənd vurdurmadan yoluxmaq və müalicə olunmaq daha effektivdir, nəinki yoluxmanın kənardan vaksinasiya yolu ilə həyata keçirilməsi.
- Mövcud vəziyyətdən çıxış yolunu nədə görürsünüz? Təkrar qapanmalıyıq, yoxsa xəstəliklə yaşamağı öyrənməliyik?
- Tək yol maariflənmədir. İnsanlara izahat vermək lazımdır. Üçüncü dalğanın ən gərgin fazasındayıq, amma bu gün də xəstəliyin mövcudluğuna inanmayan nadanlara rast gəlirsən. Bu cəmiyyətdə maarif işinin aparılmadığını göstərir. Qarşılarına məqsəd qoyublar ki, hamını peyvəndləsinlər. Hər təbəqədən insan - süpürgəçidən polis nümayəndəsinədək hər kəs cani-könüldən bu işə qatılıb. İcra başçıları, bələdiyyə sədrləri, bank işçiləri, Sosial Müdafiə Fondunun əməkdaşları, bütövlükdə dövlət məmurları bu dəqiqə vaksinasiya işi ilə məşğul olurlar. Çünki yuxarından komanda gəlib. Belə olanda bunlar başları üstdə də gəzərlər. Savadsızlıq, məlumatsızlıq var.
Elə xəstəliklər var ki, onlara vaksinasiya əks təsir göstərir. Buraya qan xəstəliyi, şəkəri, təzyiqi olanlar, infarkt keçirənlər daxildir. Onların peyvənd vurdurmaları yolverilməzdir. Amma peyvənd vurdurmağa gedəndə də heç kəs müayinə edilmir. Hamını bir ucdan aparırlar ki, gəl, vaksin vurdur. Sonra da sənin ölümünə vaksinin, yoxsa başqa bir şeyin səbəb olduğunu sübut etmək olmur. Adam vaksin vurdurur, qanı qatılaşır, insult keçirir, həkim isə deyir ki, insult keçirib, bunun vaksinasiyaya nə aidiyyəti var? Amma bilavasitə bağlılığı var. Çünki qan qatılaşır, tromplaşır, damarlarda keçməzlik əmələ gəlir, bu, beyin damarında baş verirsə, şəxs hemorragik insult, ürək damarında olduqda isə miokard infarkt keçirir. Həkimlər də izah etməyə çalışırlar ki, guya bu adamların özlərinin xəstəliyidir, amma qətiyyən elə deyil. Bu, məhz vaksinasiyanın fəsadıdır.
- Sizcə, virusla daha neçə il mübarizə aparmalı olacağıq?
- Fikrimcə, 2022-ci ildən başlayaraq bu məsələ səngiyəcək. Çünki artıq Co Bayden virusun hansı mənbədən çıxdığını öyrənmək üçün bir komissiya yaradıb. Konspiroloji hesab edilən birinci mərhələnin versiyaları artıq cəmiyyətdə yer almağa başlayıb. Nəticədə insanlar tədricən maariflənirlər. Ona görə də bu məsələdə tədricən səngimə olacaq. Dünya virus barədə məlumat toplayır və mənə elə gəlir ki, hökumətlər bundan sonra onun törədicilərinə qarşı müqavimət göstərməyə başlayacaqlar.
Bölməyə aid digər xəbərlər

6-08-2025, 14:15
Təranə Muradova: “Sevgisiz heç nə yaratmaq mümkün deyil” - Müsahibə
24-07-2025, 17:03
Abdulla: Aktyorları attestasiyadan keçirmək lazımdır - Müsahibə
1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə
30-12-2022, 10:55
Köçəri Nağıbəyli: “Bizim öz torpaqlarımızda yaşamaq hüququmuz olmalıdır” - Müsahibə
11-12-2022, 13:12
Səxavət Əlisoy: “Partiya sədrlərinin əksəriyyəti təkəbbürlü və yekəxanadır” - Müsahibə
27-11-2022, 10:15
Professor: “Rusiya və Fransa Azərbaycan-Ermənistan danışıqlarında böhranlı vəziyyət yaradıb” - Müsahibə
12-11-2022, 19:43
Tofiq Zülfüqarov: “Rusiyada siyasi böhran zamanıdır” - Müsahibə
28-10-2022, 13:08
Deputat: "Putin ikinci böyük səhvə yol verdi, həm də sübut etdi ki..."
25-10-2022, 08:35
Politoloq: “Rusiya və İran Azərbaycanda nələrəsə nail olmağa çalışsa da...” - Müsahibə