00:04 / 21-05-2025
Aİ “Azadlıq Radiosu”na 5,5 milyon avro ayırıb
22:36 / 20-05-2025
Sabirabaddakı qətl hadisəsi araşdırılır
19:07 / 20-05-2025
Milli Məclis daha 13 qanuna dəyişikliyi müzakirəyə çıxaracaq
18:45 / 20-05-2025
Yanacaqsız işləyən mühərrik kəşf ediblər
18:23 / 20-05-2025
Tramp Avropa liderlərini çıxılmaz vəziyyətlə üzləşdirir
18:14 / 20-05-2025
Tofiq Yaqublunun şikayəti rədd olunub
18:12 / 20-05-2025
Ukrayna nümayəndələri İstanbul görüşündə rus dilində danışıblar
18:02 / 20-05-2025
İlham Əliyevlə Viktor Orban görüşüb - Birgə bəyanat - (Yenilənib) - Fotolar+Video
17:54 / 20-05-2025
Bələdiyyələrin vahid informasiya sistemi yaradılacaq
17:48 / 20-05-2025
Polis 75 kq narkotik maddəni dövriyyədən çıxarıb - 10 nəfər saxlanılıb
17:24 / 20-05-2025
10 kiloqram qızılı talayan dəstə tutulub - Video
17:12 / 20-05-2025
Prokuror "Abzas işi" ilə bağlı cəza istəyib
16:34 / 20-05-2025
Tanınmış musiqiçi xeyriyyəçilik edib - Fotolar
16:01 / 20-05-2025
Ər arvadını öldürərək Kür çayına atıb
15:55 / 20-05-2025
Tramp sülh danışıqlarından çıxa bilər: “Bu, mənim müharibəm deyil”
15:43 / 20-05-2025
Xamnəi ABŞ-la danışıqlardan müsbət nəticə gözləmir
14:50 / 20-05-2025
III Çarlz Azərbaycan prezidentinə məktub göndərib - Mətn
14:47 / 20-05-2025
Kral Salman İlham Əliyevə məktub ünvanlayıb
14:30 / 20-05-2025
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
14:29 / 20-05-2025
Rusiyaya qarşı 17-ci sanksiya paketi təsdiqlənib
14:20 / 20-05-2025
Qarabağa növbəti köç karvanı gedib - (Yenilənib)
14:04 / 20-05-2025
İlham Əliyev Macarıstanda işgüzar səfərdədir - Fotolar
14:00 / 20-05-2025
İcra başçısı onları vəzifədən azad edib
13:33 / 20-05-2025
Hindistan Ermənistanın silah bazarında Rusiyanı əvəz edir
13:08 / 20-05-2025
Sumqayıtdakı zavodda partlayış olub - (Yenilənib)
13:02 / 20-05-2025
Limana və gəmilərə hücum ola bilər
12:59 / 20-05-2025
İki direktora şiddətli töhmət veriblər
12:51 / 20-05-2025
“Son zəng” iyunun 14-də çalınacaq
12:34 / 20-05-2025
Pakistan və Hindistan razılaşıb
12:22 / 20-05-2025
Ərdoğan vasitəçilikdən nə qazanır?
15:02 / 16-05-2025

08:45 / 16-05-2025

17:37 / 16-05-2025

09:51 / 16-05-2025

01:38 / 16-05-2025

14:21 / 16-05-2025

10:38 / 17-05-2025

16:30 / 19-05-2025

12:20 / 16-05-2025

11:12 / 16-05-2025

08:33 / 16-05-2025

09:20 / 16-05-2025

Elxan Qarayev: “Rusiyada hərbi səfərbərliyə cəlb olunan azərbaycanlılar kontrakt tələb etməlidir” - Müsahibə
Tarix: 29-09-2022 20:29 | Bölmə: Müsahibə

Ədliyyə polkovnik-leytenantı Rusiyadakı soydaşlarımıza tövsiyə edir ki, döyüşə getmək istəmirlərsə, kontrakt imzalayıb, hərbi and içməsinlər. Belə olarsa, onları döyüşə məcburi apara bilməzlər
Rusiya prezidenti Vladimir Putinin qismən səfərbərlik elan etməsi ölkədə təşvişə səbəb olub. Uyğun yaş qruplarında olan çoxsaylı kişilər Ukrayna ilə müharibədə iştirak etmək istəmir və ölkəni tərk etməyə çalışırlar. Rusiyanın müvafiq dövlət qurumları isə uyğun yaş qrupundan olan kişiləri məcburən ordu sıralarına cəlb edirlər. Rusiyada yaşayan soydaşlarımızdan da belə vəziyyətlə üzləşənləri var. Bəs, belə vəziyyətlə üzləşən soydaşlarımız və yaxud onların ailə üzvləri nə etməlidir?
Dövlət Sərhəd Xidmətinin sabiq hərbi qulluqçusu, ədliyyə polkovnik-leytenantı Elxan Qarayev Reyting.az-a müsahibəsində Rusiya Federasiyasının vətəndaşı olan azərbaycanlılara öz tövsiyələrini verib:
- Soydaşlarımız nəzərə alsınlar ki, Rusiya Federasiyası rəsmi qaydada heç bir ölkəyə müharibə elan etməyib və ölkədə hərbi vəziyyət elan olunmayıb. Sadəcə, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin fərmanına əsasən, 21 sentyabr 2022-ci il tarixdən Rusiya ərazisində mobilizasiya elan edilib.
Fərmanın 2-ci bəndinə əsasən, Rusiya Federasiyasının vətəndaşları mobilizasiyaya uyğun olaraq, hərbi xidmətə çağrılır və hərbi xidmətə çağrılanlar Rusiya Federasiyasının Silahlı Qüvvələrində kontraktla xidmət edən hərbi qulluqçular statusuna malikdilər. Həmin fərmanın 3-cü bəndində isə mobilizasiya üzrə hərbi xidmətə çağrılanların pul təminatı Silahlı Qüvvələrdə kontraktla xidmət edən hərbi qulluqçuların pul təminatına bərabərdir.
Bu fərmanda sözlər çoxdur, amma əsas mənası odur ki, mobilizasiya üzrə hərbi xidmət kontrakt əsasında həyata keçirilir. Yəni burada əsas diqqət bu bəndə yönəldilməlidir. Həmin kontrakt üzrə də hərbi qulluqçulara pul ödəniləcək. Nəzərə alınmalıdır ki, həmin kontrakt Rusiya Federasiyasının vətəndaşı ilə Rusiya Federasiyası arasında könüllü olaraq bağlanılır.
- Rusiyadakı bəzi soydaşlarımız sosial şəbəkələr vasitəsi ilə bildirirlər ki, onları məcburən hərbi komissarlıqlara aparırlar. Bu məsələyə münasibətiniz necədir?
- Mobilizasiya ilə bağlı mənə də çox suallar verilir. Rusiyada yaşayan azərbaycanlılar bildirirlər ki, onları iş yerlərində, təhsil müəssisələrində, küçədə, ticarət mərkəzlərində, bazarlarda və digər içtimai yerlərdə yaxalayaraq polis gücü ilə hərbi komissarlıqlara aparır və ya hərbi komissarlıqlara gəlmələri üçün çağırış vərəqələri təqdim edirlər. Soydaşlarımıza tövsiyə edirəm ki, panikaya düşməsinlər. Yadlarına salsınlar ki, bir müddət əvvəl vətəndaşlara məçburi şəkildə peyvənd vurdururdular. Amma iradəli insanlar həmin məcburiyyətə fikir verməyib, peyvənd vurdurmadılar…
Bildirmək istəyirəm ki, Rusiya Federasiyasının qanunvericiliyinə əsasən, mobilizasiya üzrə çağırılmış vətəndaşlar yalnız hərbi komissarlığa təqdim olunduqdan, hərbi-həkim komissiyasından keçdikdən sonra, mobilizasiya komissiyasının qərarı və hərbi komissarın müvafiq əmrindən sonra səfərbər olunmuş sayılırlar. Bundan sonra yalnız müvafiq kontraktı imzalamaqla onlar hərbi qulluqçu statusunu əldə edirlər. Vətəndaşların məçburi şəkildə həmin kontraktı imzalamaq vəzifəsi və ya borcu yoxdur. Kontrakt imzalamaq vətəndaşların hüququdur və könüllü şəkildə həyata keçirilir. Yəni, hətta vətəndaşın məçburi şəkildə küçədən və ya digər yerlərdən tutub hərbi komissarlıqlara gətirilməsi onların səfərbərliyə cəlb olunması demək deyil və onlar hər hansı bir sənədi, hətta çağırış vərəqələrini belə imzalamaq məçbiriyyətində deyirlər. Heç kim onları buna məcbur edə bilməz.
Vətəndaşlar nəzərə almalıdır ki, yalnız kontraktı imzaladıqdan sonra mətbuatda və içtimaiyyət arasında şaiyə kimi yayılan cinayət məsuliyyəti yarana bilər. Təkrar edirəm, yalnız hərbi-həkim komissiyasından keçdikdən, səfərbərlik üzrə komissiyanın qərarı və hərbi komissarın əmri olduqdan, həmçinin könüllü olaraq kontraktı imzaladıqdan sonra vətəndaş səfərbər olunmuş sayılır.
Diqqətinizə çatdırmaq istəyirəm ki, həmin kontraktın bir nüsxəsi vətəndaşa təqdim olunur. Yaxşı olardı ki, həmin kontrakt səfərbər olunmuş şəxsin qohumlarında qalsın. Bu, əsasən ona görə lazımdır ki, gələcəkdə kontraktı imzalamış şəxsin hüquqlarını müdafiə etmək mümkün olsun, həmçinin qohumları bilsinlər ki, zərurət yarandıqda onu harada axtarsınlar. Kontraktın nüsxəsi əldə olmadıqda səfərbərliyə cəlb olunmuş şəxsin gələcəkdə hüquqlarını müdafiə etmək çox çətin olacaq və onun qohumları heç nəyi sübut edə bilməyəcəklər.
- Kontraktda nələr öz əksini tapmalıdır?
- Kontraktda - onu imzalayanın hüquq və vəzifələri, pul təminatı, səfərbərliyə cəlb olunmuş şəxsin ailə üzvlərinin hüquqları və digər şərtlər öz əksini tapır. Yəni, həmin kontrakt mütləq qaydada tanış olmaq üçün vətəndaşa təqdim olunmalı, vətəndaş onu öyrənməli, zərurət yarandıqda hüquqşünasla da məsləhətləşməlidir. Kontraktda hər bir şey öz əksini tapmalıdır. Buna görə də səfərbərliyə cəlb olunmuş şəxs mütləq qaydada kontrakt tələb etməlidir.
Səfərbərliyə cəlb olunmuş şəxsin bütün təminatı kontraktda öz əksini tapmalıdır. Bu olmadıqda, hərbi qulluqçu lazımi geyim forması, tibbi ləvazimatlar, silah, ərzaq və digər təminatlarla təmin olunmaya bilər və onun nəsə tələb etmək hüququ olmaz. Buna görə də imzaladıqları kontraktı oxumamaqla, ona lazımi düzəliş və əlavələri etməməklə, səfərbərliyə cəlb olunmuş şəxs özü-özünə problem yaratmış olur.
- Kontarktı imzalamadıqda necə olacaq?
- Rusiya Federasiyasının «Hərbi qulluqçuların status” haqqında 27 may 1998-ci il tarixli 76 nömrəli Federal Qanununun 1-ci maddəsinin 3-cü bəndinə əsasən, hərbi qulluqçulara onların şəxsiyyətini və vətəndaşlığını təsdiq edən vəsiqə, həmçinin onların hüquqi vəziyyətini müəyyən edən sənədlər verilir. Buna görə də, Rusiya Federasiyasının vətəndaşı olan azərbaycanlılarımıza məsləhət görürəm: kontraktı imzalayarkən bəyan esinlər ki, baxmayaraq Rusiya vətəndaşlarıdır, onların vətəni Azərbaycan Respublikasıdır və onlar azərbaycanlıdırlar. Bu zaman qeyd olunacaqdır ki, döyüşən rusiyalı deyil, azərbaycanlıdır. Mənim dediklərim kontraktda öz əksini tapmayanda döyüşənin rusiyalı olması öz əksini tapacaqdır. Yəni, əgər hərbi komissarlıq səfərbərliyə cəlb olunmuş şəxsə şəxsiyyətini və hüquqi vəziyyətini təsdiq edən sənədlər verirmirsə, deməli, o, döyüşə loru dilində desək, bir “bandit” kimi qatılıb. Buna görə də, səfərbərliyə cəlb olunmuş şəxs qanunvericiliyin tələblərinə əsasən, adı, soyadı, atasının adı, vətəndaşlığı, milliyyəti, hüquqi vəziyyəti və digər xüsusiyyətləri qeyd olunmuş vəsiqənin və sənədlərin rəsmiləşdirilməsini və ona təqdim olunmasını tələb etməlidir.
Rusiya Federasiyasının «Hərbi qulluqçuların statusu haqqında» 27 may 1998-ci il tarixli 76 nömrəli Federal Qanununun 2-ci maddəsinə əsasən, hərbi qulluqçu statusu olan vətəndaşlar hərbi qulluğu kontrakt və ya çağırışa əsasən keçirlər. Yəni Rusiya Federasiyasında digər əsaslarla hərbi xidmət yoxdur. Yalnız çağırış və ya kontrakt əsasında hərbi xidmət keçə bilərlər. Çağırış dedikdə, 18 yaşı tamam olmuş vətəndaşların hərbi əsgəri xidmətə çağırılması və qəbul etdikləri hərbi anda əsasən xidmət etmək nəzərdə tutulur. Həmin qanuna əsasən, zabitlər, praporşiklər, starşinalar, serjantlar, miçmanlar, hərbi təhsil müəssisələrinin kursantları və s. kontrakt əsasında hərbi qulluqçu sayılırlar. Çağırışçı olan praporşiklər, starşinalar, serjantlar, miçmanlar, matroslar, əsgərlər, hərbi təhsil müəssisələrinin kursantları kontrakt imzalamayanadək onlara mobilizasiya ilə bağlı qanunvericilik şamil edilmir. Yəni əsgəri xidmətdə olan hərbi qulluqçular kontrakt imzalamasalar onlara mobilizasiyaya aid qanunvericilik şamil edilmir və onlar döyüşə göndərilə bilməz. Kontraktın şərtləri konstitusiya, federal qanunlar və digər hüquqi normativ aktlarla müəyyən olunur.
Rusiya Federasiyasının «Hərbi qulluqçuların statusu haqqında» və «Hərbi vəzifə haqqında» qanunlarına əsasən, könüllü olaraq yalnız müvafiq kontrakt imzaladıqdan sonra vətəndaşın hərbi qulluqçu kimi müəyyən vəzifələri yaranır. Bu olmayanadək heç kim vətəndaşı cəbhəyə apara bilməz. Hərbi komissarlığa aparılan vətəndaş ilkin olaraq kontrakt tələb etməli, onu oxumalı, öyrənməli, əlavə və dəyişikliyini etməli, zərurət yarandıqda hüquqşünasın köməyindən yararlanmalı, ailəsi ilə məsləhətləşməli və yalnız bundan sonra istəsə, könüllü olaraq imzalamalıdır. İstəməsə, imzalamasın. Bu halda heç kim onu harasa apara və nəyəsə məcbur edə bilməz. Çünki qanunvericilik buna yol vermir.
- Əgər soydaşlarımız kontarktı imzalamağa məcbur edilsələr…
- Qanunlara əsasən, hərbi qulluqkeçmə vətəndaşlar tərəfindən könüllü olaraq kontrakta əsasən həyata keçirilir. Soydaşlarımız nəzərə almalıdır ki, onları hətta məcburi qaydada hərbi komissarlığa aparsalar belə, orada hədə-qorxu gəlib, hətta döyərək kontraktı imzalatmağa cəhd etsələr də, çalışıb imzalamasınlar. Yəni kontraktı imzalamaq vətəndaşın hüququdur, borcu deyil. Bu halda onları heç kimi döyüş bölgəsinə apara bilməz.
Unutmayın ki, Rusiya Federasiyası kapitalist ölkəsidir və orada hər şey kontrakt əsasında həyata keçirilir. Kontraktınız olduğu halda gələcəkdə hərbi qulluq keçərkən sizinlə hər hansı bir xoşagəlməz hadisə baş verdikdə ən azından qohumlarınız biləcəklər ki, sizi harada axtarsınlar, hüquqlarınızı necə qorusunlar, kimlərdən nəyi tələb etsinlər və s. Buna görə də kontraktda bütün şərtlərin göstərilməsinə nail olun. Əks təqdirdə imzalamayın!
Hətta hərbi qulluqçunun həlak olması zamanı onun ailəsinə veriləcək pulun məbləği də kontraktda öz əksini tapmalıdır. Bu məbləği lap 1 milyard dollar göstərin. Bu, sizin hüququnuzdur. Əks tərəf istəmirsə, şərtinizi qəbul etmirsə, özü bilər. İstədiyinizin qeyd edilməsinə nail olmadıqda, kontraktı imzalamayın.
- Səfərbərliyə cəlb olunan soydaşlarımız kontraktda daha nələrin yazılmasını tələb etsinlər?
- Kontraktda kim tərəfindən hərbi geyimlə, ərzaqla, digər əmlakla və tibbi xidmətlə, yardımla, müalicə ilə təmin edilməyiniz, özünüzün və ailə üzvlərinizin hüquqlarının təmin edilməsi, qanunvericiliklə təyin edilmiş sosial qarantiyaların və kompensasiyaların alınması da öz əksini tapmalıdır. Yəni tək sizin deyil, hətta ailə üzvlərinizin hüquqları da həmin kontraktda öz əksini tapmalıdır.
Yaralandığınız, şikəst qaldığınız, həlak olduğunuz zaman uşaqlarınızın, həyat yoldaşınızın aqibətinin necə olacağı da kontraktda qeyd edilməlidir. Bunlar olmadığı halda, hətta hərbi geyimi belə sizin özünüzə aldıracaqlar. KİV-də yayımlanan məlumatlardan da görürsünüz ki, bu kimi hallar hazırda Rusiya ordusunda kütləvi şəkildə baş verir.
Həmçinin nəzər alın ki, kontraktı kiminlə imzalayırsınız. Çalışın, əks tərəf Müdafiə Nazirliyi göstərilsin.
Kontraktda xidmətin müddəti mütləq göstərilməlidir. Əks halda «sonsuzluğa» qədər xidmət etməli olacaqsınız. Kontraktın bütün vərəqlərinin imzalanmasını tələb edin və mütləq qaydada kontraktınızı ailə üzvlərinizə verin.
Rusiyada yaşayan və həmin ölkənin vətəndaşı olan hər bir azərbaycanlıya tövsiyə edirəm ki, təcili olaraq ailə üzvlərindən və ya dostlarından və ya digər yaxın adamlarından kimlərəsə notariat qaydasında təsdiq olunmuş mülki etibarnamə versinlər. Həmin etibarnaməyə əsasən onların yaxınları zərurət yarandığı halda hərbi qulluğa cəlb olunmuş şəxsin hüquqlarını hərbi komissarlıqda, Müdafiyə Nazirliyində, dövlət və ya bələdiyyə orqanlarında təmsil edə, itkin düşdükləri zaman onları axtara bilsinlər və s.
Rusiyada yaşayan və həmin ölkənin vətəndaşı olan azərbaycanlıların övladları əsgəri xidmətə çağrılıblarsa, bu zaman nəzərə almalıdırlar ki, Rusiya Federasiyasının «Hərbi vəzifə haqqında» Qanununun 41-ci maddəsinə əsasən, əsgəri xidmətə çağırılmış vətəndaşlar yalnız müəyyən dövr ərzində hərbi hazırlıq keçdikdən və hərbi and içdikdən sonra onların vəzifələri yaranır. Yəni, çağırışçı hərbi and içməyənədək döyüş tapşırıqlarının həyata keçirilməsinə, döyüşə, döyüş növbətçiliyinə, qarovul xidmətinə və s. cəlb oluna bilməz. Yəni övladınız hərbi and içməyənədək (prisyaqa) onun hər hansı bir vəzifəsi yaranmır və döyüşə getməyə borclu deyil. Hərbi and içməyən vətəndaşa silah və ya digər hərbi əmlak təhkim edilə, inzibati həbs cəzası da verilə bilməz. Nəticəni özünüz çıxardın. Yəni övladınız hərbi and içməyənədək onu döyüşə göndərə bilməzlər. Övladınız deyə bilər ki, özünü hazır hiss eləmir, hələ öyrənəsi şeylər çoxdur və buna görə hərbi and içmək istəmir. Nəzərə alınmalıdır ki, hərbi andiçmə mərasimi təntənəli şəkildə olur.
Yəni övladınız hərbi and içsə, o, hərbi qulluqçu statusunu alır və öz üzərinə vəzifələr götürür. And içməsə, onun bu vəzifələri yaranmır. Hərbi andiçməyə isə onu heç kim məbur edə bilməz. Düzdür, bu halda onu hərbi and içməyə məçbur edə, lağa qoya, şantaja və digər qanunsuz təsirə məruz qoya bilərlər. Amma iradəcə möhkəm olsalar, onları heç kim nəyəsə məcbur edə bilməz, əlinə silah verib döyüşə göndərməz.
Rusiya qanunvericiliyinə əsasən, həmin ölkədə hərbi xidmət kontrakt və ya hərbi andiçmə əsasında həyata keçirilir. Sizin öz işinizdir, könüllü olaraq həmin kontraktı qəbul etmək və ya hərbi and içmək. Heç kim sizi buna məçbur edə bilməz. Döyüşə getmək istəmirsinizsə, kontrakt imzalamayın və ya hərbi and içməyin. Mənim tanıdığım bir neçə azərbaycanlı var ki, onlar iradə nümayiş etdirərək kontraktı imzalamayıb və onlara təsir etmək üçün hətta döyüş bölgəsinə aparsalar da, sonradan məcbur olub geri qaytarıblar.
Reyting.az
Bölməyə aid digər xəbərlər

1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə
30-12-2022, 10:55
Köçəri Nağıbəyli: “Bizim öz torpaqlarımızda yaşamaq hüququmuz olmalıdır” - Müsahibə
11-12-2022, 13:12
Səxavət Əlisoy: “Partiya sədrlərinin əksəriyyəti təkəbbürlü və yekəxanadır” - Müsahibə
27-11-2022, 10:15
Professor: “Rusiya və Fransa Azərbaycan-Ermənistan danışıqlarında böhranlı vəziyyət yaradıb” - Müsahibə
12-11-2022, 19:43
Tofiq Zülfüqarov: “Rusiyada siyasi böhran zamanıdır” - Müsahibə
28-10-2022, 13:08
Deputat: "Putin ikinci böyük səhvə yol verdi, həm də sübut etdi ki..."
25-10-2022, 08:35
Politoloq: “Rusiya və İran Azərbaycanda nələrəsə nail olmağa çalışsa da...” - Müsahibə
21-10-2022, 13:42
Vahid Əhmədov: “Heç kim bahalaşmanın qarşısını ala bilmir” - Müsahibə
15-10-2022, 09:58
Deputat: “Rusiya ilə məsələni konkretləşdirməyin vaxtı çatıb” - Müsahibə