16:45 / 03-05-2025
Yoxlama - Akif Abbasov yazır
Hacı Beyləqanski "qanuni oğru” adını necə alıb?
Tarix: 25-07-2021 17:36 | Bölmə: Xəbərlər
Hacı Beyləqanski "qanuni oğru” adını necə alıb?

Əsl adı Hacıbaba Talıbxanlı olan Hacı Beyləqanski, kriminal avtoritet Aslan Usoyanın (Ded Xasan) köməkçisi və müşaviri İlqar Əliyevin (Danabaş) qətlinə görə “oğru” adını alıb. Reyting.az bildirir ki, bu barədə ədliyyə polkovniki Aleksey Pişçulinə istinadla Lenta.ru xəbər verir.

“İstintaq 2012-ci ilin dekabrında BƏƏ-də bir toplantıda Rövşən Lənkəranskinin o vaxt 30 yaşlı Hacıbaba Talıbxanlını, indi Hacı Beyləqanskini "qanuni oğru" kimi taclandırdığını müəyyənləşdirib. Üstəlik, bu tədbirdə Lənkəranski açıq şəkildə Hacının yaxın bir adam olduğunu və "Danabaş"ı məhv etdiyi üçün oğru adına layiq olduğunu söyləyib”.

Danabaşın öldürülməsindən sonra Moskva bölgəsinin meyvə-tərəvəz bazalarının tamamilə Hacı Beyləqanskinin nəzarətinə keçdiyi ortaya çıxıb.

“Qanuni oğru” İlqar Danabaş 19 aprel 2012-ci ildə Moskvanın mərkəzində, Presnenski Val küçəsində öldürülüb. Bir il keçməmiş, 2013-cü ilin yanvarında Hacı Ded Xasanı paytaxtda vurub. Ded Xasanın dəfnindən bir müddət sonra hüquq-mühafizə orqanları daima onlara gələn əməliyyat məlumatları sayəsində qətlin üstünü açıblar.




Bölməyə aid digər xəbərlər