Türkiyənin Z quşağı kimə səs verəcək? - Sorğu
Tarix: 20-01-2023 15:00 | Bölmə: Xəbərlər / Dünya
Türkiyənin Z quşağı kimə səs verəcək? - Sorğu

Türkiyənin Z quşağı (Yeniyetmə və gəncləri) hakim partiyaya deyil, müxalif liderlərə daha çox güvənir.

Reyting.az
xəbər verir ki, "ORC Araşdırma" şirkətinin keçirdiyi sorğuya görə, Z quşağı "Bu gün seçim olsa, hansı partiyaya səs verərsiniz" sualına belə cavab verib:

- Kemal Kılıçdaroğlunun lideri olduğu CHP - 21.9 faiz

- Meral Akşenerin İYİ Partiyası - 20.1

- Ərdoğanın lideri olduğu AKParti - 15.1.

Digər partiyaların nəticələr isə aşağıdakı foto-anketdə verilib.

Onu da qeyd edək ki, Ərdoğan prezident seçkisinin may ayının 14-də keçiriləcəyni elan edib. Lideri olduğu partiyadan bildirilib ki, seçkinin önə çəkilməsi məsələsini parlamentdə müzakirəyə çıxarmaq fikirlər yoxdur: "Məclisdə bu iş çox uzanar. Ona görə də Prezident olaraq Ərdoğan ən uzağımart ayının 9-10 aralığında seçkinin mayın 14-də keçriləcəyi barədə qərar verəcək".

Elxan KAMAL





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər