13:13 / 15-09-2025
Masazırda 57 yaşlı kişini "tok" vurub
13:03 / 15-09-2025
Zakir Həsənov Bakıda Türkiyə Baş Qərargah rəisini qəbul edib
13:02 / 15-09-2025
Qarabağda ermənilərin gizli silah anbarları var
12:58 / 15-09-2025
Sabah yağış yağacaq - Proqnoz
12:45 / 15-09-2025
Türk Almaniyada yüksək vəzifəyə təyin edilib
12:39 / 15-09-2025
Rusiya ilə Çin buğdanı avtomobillə dəyişirlər
12:35 / 15-09-2025
Milli Məclisdə vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
12:26 / 15-09-2025
Netanyahunun təyyarəsi marşrutunu dəyişir
12:22 / 15-09-2025
Fransanın yeni səfiri Bakıya gəlir
12:15 / 15-09-2025
Bloger Məhəmməd Mirzəliyə qiyabi hökm oxunub - 6 il 6 ay həbs cəzası
11:27 / 15-09-2025
Prezident Qarabağda dörd kəndin sakinləri ilə görüşüb - Fotolar
11:23 / 15-09-2025
Təyyarə qəzasından yalnız pilot sağ çıxıb
11:20 / 15-09-2025
General: Putin sadəcə qorxudur, panikaya ehtiyac yoxdur
11:13 / 15-09-2025
Almanlar Rusiyanın NATO ölkəsinə hücumundan qorxur
11:09 / 15-09-2025
Füzulinin Qaraxanbəyli kəndinin layihəsi açıqlanıb
11:06 / 15-09-2025
İlham Əliyev Xocalıda daha bir kəndə baş çəkib - Fotolar
11:04 / 15-09-2025
Ruslar kombaynları vurub, 12 nəfər yaralanıb
10:59 / 15-09-2025
İlham Əliyev Xocalı rayonunun Badara kəndində olub - Fotolar
10:55 / 15-09-2025
Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək
10:43 / 15-09-2025
Rusiyada azərbaycanlı İjevsk Şəhər Dumasının deputatı seçilib
10:28 / 15-09-2025
Sabirabadda 42 yaşlı şəxs qətlə yetirilib
10:22 / 15-09-2025
Donald Tramp İsrailə xəbərdarlıq edib
09:56 / 15-09-2025
Prezident Daşbulaqda tut bağında görülmüş işlərlə tanış olub - Fotolar
09:39 / 15-09-2025
İlham Əliyev Xocalı rayonunun Seyidbəyli kəndində olub - Fotolar
09:34 / 15-09-2025
Bakıda mənzildən meyit tapılıb
09:14 / 15-09-2025
Məşhur media şirkəti "Google"-ni məhkəməyə verib
09:05 / 15-09-2025
NATO qoşunları Polşaya gələcək
08:57 / 15-09-2025
Xəzər dənizində zəlzələ baş verib
08:13 / 15-09-2025
Çində uçan naməlum obyekt vurulub?
08:08 / 15-09-2025
Husilər silahı yerə qoymağı düşünmürlər
06:10 / 11-09-2025

13:31 / 11-09-2025

20:48 / 13-09-2025

21:32 / 10-09-2025

15:14 / 12-09-2025

14:28 / 10-09-2025

18:29 / 12-09-2025

09:46 / 11-09-2025

17:29 / 10-09-2025

10:50 / 12-09-2025

23:44 / 12-09-2025

Qəbiristanlıqdan birbaşa... saunaya - Həyat etüdləri
Tarix: 15-03-2019 12:49 | Bölmə: Akif CABBARLI

(Həyat etüdləri)
Qapıbir qonşumuzun uzun müddət rəhbər vəzifələrdə işləmiş dayısı rəhmətə getmişdi. Mərhumun şəhər kənarındakı bağından o qədər də uzaq olmayan qəbiristanlıqdakı dəfn mərasimində elliklə iştirak edəsi olduq. Qonşular, dostlar, həmkarlar, dünyasını dəyişən hörmətli ağsaqqalın keçmiş paqon yoldaşları, rəsmilər, nüfuzlu şəxslər, biznesmenlər və digər səlahiyyət sahibləri havanın çiskinli və küləkli olmasına baxmayaraq, məzarlıqda idilər.
Cənazə torpağa tapşırıldı, molla lazımi təmrinləri yerinə yetirdi, duasını verdi və adəti üzrə bu dünyanın vəfasızlığından, cənnət, cəhənnəm məsələlərindən misallar gətirdi, bu mövzuda Quran ayələrini yada saldı, adamları xeyirxahlığa, yaxşılığa, əxlaqlı və ədalətli olmağa, bir-birinə əl tutmağa çağırdı, var-dövlətin, eyş-işrətin gərəksizliyi barədə moizə də oxudu.
Adamlar mollanın sözlərini bərk külək əsdiyindən olduğu kimi dinləyib qəbul elədi-eləmədi, bu barədə bir söz deyə bilmərəm, ancaq bəzilərinin sifətindən açıq-aydın sezmək olurdu ki, “ay kişi, bəsdir də, bu sözləri yüz min dəfə eşitmişik, qərar hissəsini oxu, dağılışaq gedək də işimizin-gücümüzün dalınca”.
Dağılışdıq. Qəbiristanlıq hündür təpənin üstündə yerləşdiyindən və gilli torpağın da nəmişliyinə görə adamlar bir-birinin qoluna girərək ehmallıqla aşağıda cərgələnən maşınlara sarı addımlayırdılar. Bu adamlar sanki qəbiristanlıqdan yox, hansısa restorandan, yaxud film nümayişindən, ya da ki, yubiley məclisindən ayrılmışdılar. Söhbətləri də ki... Yox, yaxşısı budur küləkdən güclə macal tapıb eşitdiyim bir-iki söhbəti qoy sizə də açıqlayım. Yəqin ki, bu cür məqamlar elə hamınıza tanış gələr.
...Qardaş, nə var-nə yox ey, görünmürsən, sonra bir mənə de görüm o gədəni rədd elədin, yoxsa yox? Eşitdiyimə görə, yuxarılarda adam axtarırmış, deyirlər ki, sənin yerinə göz dikibmiş.
Qardaş da cavabında heç nə demədi, sadəcə baş barmağını şəhadət barmağı ilə ortancılın arasından çıxarıb az qala dostunun gözünə soxacaqdı.
...Qonşu, neyləyirsən, vəziyyətin yaxşıdırmı? Biri var ey, sizinlə bir binada yaşayır, oğlu Türkiyədən kalan mal vurub gətirir. Vallah, qudurub səni saymayacaq. Sənin ki, qardaşın oğlu keçid məntəqəsində söz sahibidir. Bəlkə...
- Narahat olma, ipini çəkəcəm. Növbəti dəfə malının içindən “mal” çıxar, inşallah.
...Qaqa, nə təhərsən, priyomnıdakı qızları dəyişdin, yoxsa yox? O sarı saçlı var ha, aləm şeydi...
- Ə, oğraş, yoxsa katibəmə gözün düşüb? Özünün dayınəvəsi adı ilə saxladığın mənimkindən də yaxşıdır, gözün doymur sənin.
- Yaxşı-yaxşı, incimə, indi mənimkiləri götürüb gedirik saunaya. Gələn həftə üçün də sən tədarük görərsən.
- Yəni deyirsən qəbir üstündən birbaşa... Eşitmədin molla əmi nələr danışırdı?
- Ə, sənin onun dedikləri ilə nə işin? Bir də ki, molla ilə həkimin dediklərinə qulaq asma, elədiklərini təkrar elə.
Maşınlara doluşub getdilər dediklərini eləməyə. Doğrusu, yadımdan çıxmışdı hansı maşınla qəbiristanlığa gəlməyim. Nəticədə piyada qaldım və xeyli aralıdakı avtobus dayanacağına el arasında deyildiyi kimi, on bir nömrə ilə getməli oldum...
Dörd gəmi və qara kürü əhvalatı
Yaxın dostum və həmkarlarımdan birinin kollektiv arasında səsləndirdiyi şux zarafat az qala başına oyun açacaqdı, yaxşı ki, qarşısını vaxtında ala bildi.
Beş-on ilin söhbətidir. Nüfuzlu nəşrlərin birində birgə çalışırdıq. Şərti adı Asif olan dostum xəstə qohumlarından birini Sankt-Peterburqa aparası oldu. Orada illərdən bəri tanıdığı, əslən Azərbaycandan olan məşhur cərrah müalicəni boynuna götürmüşdü. Nə isə, Asif müəllim də qısa müddətli məzuniyyət götürüb bu xeyirxah missiyanı yerinə yetirmək üçün xəstə ilə birlikdə Neva sahillərinə yola düşmüşdü. Dostumun ayağı düşərli olmuşdu. Xəstə uğurla əməliyyat edilmiş, canı arzuolunmaz bəladan qurtarmışdı. Asif müəllim bir neçə gündən sonra kefi kök, damağı çağ Bakıya qayıtmışdı.
Bir gün nahar fasiləsində redaksiya əməkdaşları ilə birgə çay süfrəsi ətrafında əsl qələm adamı, həm də poeziya xiridarı olan Z. müəllim Asifdən Sankt-Peterburqa niyə getdiyini soruşdu. Dostum da elə-belə, el arasında deyildiyi kimi “mırta” qayıdıb dedi ki, heç, yaxın qohumum çağırmışdı. Leninqradda böyük mal-mülk sahibi, bərkgedən biznesmenlərdən sayılır. Gəzdik-dolandıq, sonra baş ofisinə aparıb gəlirli şirkətlərindən birini mənə bağışladı. Açığı, gəmiçilik şirkətidir, dörd gəmisi, əlavə idarələri, geniş infrastrukturu olan biznes qurumudur. Balıqçılıqla, yükdaşımaları ilə məşğuldur. Allah balasını saxlasın, xeyli pay-pürüşlə, adıma yazılmış bank rekvizitləri, kartlarla yola saldı. Şükür Tanrıya, imkanlarım genişlənəcək, kasıbçılığın daşını atacağam.
Z. müəllim də, yanındakılar da susdular. Elə bil qurbağa gölünə daş atdım. Mən də dinlədim, axırını gözləməyi qərara aldım. Günlərin birində Asif müəllim məni bir kənara çəkib dedi:
- Bilirsən nə baş verir? Z. müəllim bu barədə redaktora beşini də üstünə qoyub müfəssəl məlumat verib. Onu da deyib ki, sənə verməməyinə baxma, müavinə azından beş-on kilo qara kürü gətirib Asif. Hələ başqa hədiyyələri demirəm. Ona bu redaksiyanın vəsiqəsi lazımdır, heç nəyin acı deyil. Redaktor da dostumun zarafatlarına bələd olduğundan məsələni ağartmayıb, özünü inanan kimi göstərib.
Günlər keçdikcə Asifin ətrafında çoxlu “dostlar” peyda olur, onu tərifləyir, gözəl insan, əliaçıq, səxavətli şəxs kimi təqdir edir, hətta haqqında yazmaq təklifləri də səsləndirirdilər. Hər axşam kafeyə, restorana dəvət edir, getməyəndə də inciyirdilər. Halqa getdikcə daralırdı. Onun böyük qonaqlıqlar, ziyafətlər verəcəyi, hər kəsə layiq olduğu hədiyyələr bağışlayacağı ümidindəydilər. Asif də təbii ki, cüzi maaşı və qonorarı ilə bunları edə bilməyəcək, sıradan elədiyi bir zarafatın qurbanına çevriləcəkdi. Bu məsələni xeyirliliklə çürütməyin yolunu da özü tapdı. Sankt-Peterburqun müvafiq idarəsinə sorğu göndərib adında heç bir təşkilatın, müəssisənin olmadığı barədə arayış gətizdirdi, sonra da üzünü çıxarıb redaksiyanın “Elanlar” lövhəsinə yapışdırdı.
Ertəsi gündən isə ətrafındakılar yaz dumanı təki qəfildən elə yoxa çıxdılar ki, elə bil heç əvvəldən yox imişlər.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Akif CABBARLI
Bölməyə aid digər xəbərlər
9-09-2024, 12:18
Akif CABBARLI - Kəlbəcərə gedə bilmədi, doğmalarının qəlbində yuva qurdu - Akif Cabbarlı yazır
14-07-2022, 10:47
Akif CABBARLI - Səfərin uğurlu olsun, yollarına günəş doğsun - Akif Cabbarlı yazır
26-11-2021, 11:35
Akif CABBARLI - Vicdan borcu - Kənan Hacı yeni romanında məhz bu prinsipi önə çəkir
15-07-2020, 13:02
Akif CABBARLI - Şəhid general-mayor Polad Həşimova açıq məktub - Akif Cabbarlı yazır