00:12 / 02-07-2025
Azərbaycan diasporunun lideri sərbəst buraxılıb - (Yenilənib)
23:39 / 01-07-2025
Bakıda Rusiya vətəndaşlarından ibarət dəstə üzvləri həbs olunub (Yenilənuib) - Fotolar
22:54 / 01-07-2025
Sumqayıtda qadın bıçaqlanıb
21:50 / 01-07-2025
Milli Məclis dezinformasiya kampaniyasına dair açıqlama yayıb
19:14 / 01-07-2025
Zelenski Əliyevə zəng edib
18:34 / 01-07-2025
Baş naziri vəzifədən uzaqlaşdırıblar
18:26 / 01-07-2025
Nəhəng ekzoplanetin görüntüsünü əldə ediblər - Fotolar
18:10 / 01-07-2025
İsrailin gizli planı üzə çıxıb - Foto
18:04 / 01-07-2025
“Sputnik Azərbaycan” işi üzrə 7 nəfər saxlanılıb - (Yenilənib) - Fotolar
17:45 / 01-07-2025
İşğal Azərbaycana 150 milyard dollar zərər vurub
17:39 / 01-07-2025
XİN Rusiyanı Azərbaycanın daxili işlərinə qarışmamağa çağırır
17:31 / 01-07-2025
Moskva ilə münasibətlər niyə pisləşir?
17:23 / 01-07-2025
Vəzifəli şəxslərin cinayət işini məhkəməyə göndəriblər
17:04 / 01-07-2025
Rusiya Azərbaycana nota verib
16:50 / 01-07-2025
Məhkəmələrə hakim təyinatları olub - Siyahı
16:26 / 01-07-2025
Beş şagirdimiz Azərbaycanı Yunanıstanda təmsil edəcək - Fotolar
16:16 / 01-07-2025
Rusiya NATO ölkələrinə təhdidlərini davam etdirir
15:47 / 01-07-2025
Professor zəlzələ ilə bağlı xəbərdarlıq edir - Foto
15:26 / 01-07-2025
Rusiyanın müdafiə sistemləri istehsal edən zavodu vurulub
15:10 / 01-07-2025
Rezidenturaya qəbul imtahanının nəticələri açıqlanıb
14:53 / 01-07-2025
Təkrar sertifikatlaşdırma: 2006 müəllim keçid balını toplaya bilməyib
14:08 / 01-07-2025
Fransada istilər səbəbindən məktəblər bağlanıb
13:59 / 01-07-2025
Rusiya iqtisadiyyatı tənəzzül həddinə çatır, sənaye böyük itki ilə üzləşir
13:34 / 01-07-2025
Baş prokuror Səfərovların öldürülməsi faktı ilə bağlı cinayət işi başladıb
13:01 / 01-07-2025
Ərdoğan “ikinci vətən”indən niyə küsüb?
12:39 / 01-07-2025
Azərbaycan Dünya Bankı ilə 173,5 milyon dollarlıq kredit sazişi imzalayıb
12:33 / 01-07-2025
Almaniya Rusiyaya qarşı hərbi gəmilər göndərəcək
12:16 / 01-07-2025
Avropa İttifaqına sədrlik Danimarkaya keçib
12:10 / 01-07-2025
İran nüvə danışıqları üçün şərtlər irəli sürür
11:56 / 01-07-2025
Deputat azərbaycanlılara qarşı törədilmiş cinayəti pisləyir
13:16 / 29-06-2025

12:57 / 27-06-2025

08:55 / 28-06-2025

00:01 / 28-06-2025

17:57 / 30-06-2025

15:08 / 30-06-2025

11:12 / 28-06-2025

13:20 / 29-06-2025

21:03 / 30-06-2025

11:32 / 27-06-2025

23:20 / 27-06-2025

09:57 / 28-06-2025

Ruhun rahatlığı
Tarix: 28-10-2017 14:21 | Bölmə: Mətanət ƏLİYEVA

Ölkəmizə neft pulları gələndə 5-10 il kef elədik. Qazın da pulları gəlsəydi, 3-4 il də kef edərdik.
Mənim bu sözlərimi eşidənlər gülüb dedilər ki, qazın pulu gəlməyəcək.
Dedim, necə gəlməyəcək, axı biz Avropaya bir neçə milyard dollar dəyərində olan iki qaz kəməri çəkirik.
Dedilər, bu, reklamdır, bizim o kəmərlərlə satılacaq qədər qazımız yoxdur.
Sovet quruluşu dağılanda vətəndaşlara sahibkarlıqla məşğul olmaq hüququ verildi. Bu hüquqdan istifadə edən bəzi vətəndaşlar firma açıb möhür düzəltdirdi və özünü sahibkar hesab etdi. Amma onların 99 faizinin fəaliyyəti bundan uzağa getmədi.
Qəzetçilik sahəsində də sahibkarlıq fəaliyyəti kütləvi hal aldı. Qeydiyyatdan keçən qəzet və jurnalların sayı 5 mini keçdi.
Qəzeti çap etdirmək üçün ilk növbədə maliyyə lazımdır. Hələ o vaxt bizə dedilər ki, dünya təcrübəsinə əsasən, qəzetlərin satışından gələn pul öz xərcini ödəmir, qəzetlər reklamdan gələn gəlir hesabına işıq üzü görür. Reklamlar var, amma onlardan əksər qəzetlərə bir qəpik də çatmır, reklam pulları telekanallara axır.
Dünya təcrübəsinə əsasən, sahibkarlar gəlirlərinin böyük hissəsini reklama sərf edir. İndi görürük ki, doğrudan da, reklamsız bazara girmək, gəlir əldə etmək mümkün deyil. Telekanallarda efir vaxtı əsasən həkim və yemək verilişlərinə ayrılır, çünki hər gün ölkədə təzə bir klinika, təzə bir restoran-kafe açılır. Bir saatlıq verilişdə yarım saat mənzillərin, şadlıq evlərinin, mağazaların, qadın salonlarının, ərzaqların, müğənnilərin reklamı gedir. Serialları da sponsorların pulu ilə çəkib onları reklam edirlər. Hansı veriliş çox reklam əldə etsə, onun reytinqi ən yüksək sayılır.
Telekanalda veriliş açmaq üçün ilk növbədə sponsor tapmaq lazımdır. Savadlı, istedadlı jurnalistlər adətən qapıları döyüb pul xahiş edə bilmirlər. Bəzi aparıcıların “mavi” olması da, görünür, sponsor tapmaq məsələsi ilə bağlıdır.
Reklamı olmadan təzə açılan obyekt pul qazana bilmir. Reklam isə çox bahadır. Mən də 25 ildən artıq jurnalistlik fəaliyyətimdən istifadə edərək ilk dəfə reklam yazısı yazmaq istəyirəm. Qızım psixologiya mərkəzi açıb. Təvəzökarlıqdan uzaq olsa da, qızımı tərifləyəcəyəm.
Hazırda ölkəmizdə psixologiya mərkəzlərinin sayı-hesabı yoxdur. Yaxşı da reklamları gedir, müştəri sarıdan problemləri yoxdur, qiymətlər də baha.
Səhiyyə Nazirliyində işləyən bir tanışım dedi ki, ən çox reklam olunan bir psixoloq var, hər gün ondan şikayətə gəlirlər. İlk dəfə mən ad açıqlayacam, bu “Narınc” Psixologiya Mərkəzinin psixoloqu Elnur Rüstəmovdur.
Qızım deyir ki, “əksər psixoloqlar elmi psixologiya ilə deyil, populyar psixologiya ilə məşğuldur, bu da “reket jurnalistika” kimi bir şeydir. Belə psixoloqlar bu peşəni hörmətdən salır, insanlarda inamı öldürürlər”.
Psixoloq ruhun həkimidir. Elmin bu sahəsi hələ az öyrənilib. Bu sahədə elmi axtarışlar davam edir, tədqiqatlar aparılır.
Psixoloq olmasam da, mənim ruh haqqında şəxsi fikirlərim var, bunlar əsasən, müdrik qocalardan eşitdiklərimə və şəxsi müşahidələrimə əsaslanır.
Xalq təbabətində “filankəsi ruh tutub”,- deyimi var. Yaxın bir qohumum dedi ki, müxtəlif vaxtlarda iki əl onun boğazından tutub boğurmuş. Amma o, bu haqda heç kimə demirmiş ki, onu dəli hesab edərlər. Bir dəfə qohum evində bu hal təkrar olunanda halına baxıb deyiblər ki, səni ruh tutub.
Mən uşaqlıqda görmüşdüm ki, ruh tutan adamı müalicə etmək üçün onun vəfat etmiş qohumlarının adını çəkib divara un atırlar. Hansı ölünün adını çəkəndə un divara yapışsa, demək, həmin ölünün ruhu bu adamı tutub. Həmin ölünün adına ehsan süfrəsi açılır, yaxud halva çalınıb paylanır və xəstə sağalır. Bu qadını da bu yolla müalicə edib sağaldırlar. Məlum olub ki, qadını anasının ruhu tutub.
Qadına dedim, yəqin nəsə bəd əməl etmisən ki, ananın ruhu səni boğurmuş.
Qadın dedi ki, həmin vaxt qardaşı ilə konfliktdə olub.
Qadının qardaşı 10 yaşında olanda anası vəfat edib. Görünür, ana övladını vaxtsız tərk etsə də, ruhu onu daim qoruyur. Əbəs yerə demirlər ki, ananın ruhu daim övladını qoruyur.
Başqa bir qohumum danışdı ki, qardaşının həyat yoldaşı ilə eyni evdə yatıbmış, birdən eşidib ki, gəlin dəhşətli xırıltılı səslər çıxarır, sanki onu boğurlar. Gəlini oyadıb, gəlin deyib ki, yuxuda onu boğurdular. Gəlinin boğazına baxanda görüblər ki, orada barmaq izləri var. Bunlar lap serial mövzularıdır.
Rəhmətlik nənəm deyərdi ki, qatili, oğrunu, ilanı, canavarı Allah göndərir, onlar buyruqla gedirlər. Dostoyevski belə psixoloji anları öz əsərlərində gözəl təsvir edib. “Cinayət və cəza” əsərində Raskolnikov sələmçi qarını öldürmək istəmir, amma bir səs ona rahatlıq vermir, onu təhrik edir ki, get qarını öldür. Psixiatorlar buna halusinasiya deyirlər. Bunlar insanın ruhu ilə bağlı məsələlərdir.
Bu səpkidə eşitdiyim çox şeyləri yaza bilərəm, oxucu üçün maraqlı olar. Əlbəttə, mənim dediklərim elmə əsaslanmır. Elm bu sahədə çalışır, çox sirləri açmağa cəhd edir. Hərçənd, İslam dini ruh haqqında ilahi sirrin açılmayacağını deyir, amma alimlər ilahinin izin verdiyi həddə qədər bu elmi inkişaf etdirirlər.
Qızımın Nigar adlı rəfiqəsi var, ali məktəbi bir yerdə oxuyublar, bir yerdə işləyirlər. Nigar qəbul vaxtı topladığı yüksək balla Tibb Universitetinin istənilən fakültəsini seçə bilərdi, amma o, Psixologiya fakültəsini seçdi. Səbəbini soruşanda dedi ki, tibb elminin sərhədləri məhduddur. Xəstənin hansısa orqanı ağrıyırsa, dərman yazmaqla işin bitir, psixologiya elminin sərhəddi yoxdur, çox dərinliklərə baş vurmaq mümkündür.
Hazırda elə bir dövrdə yaşayırıq ki, varlı-kasıb olmasına baxmayaraq hamının ruhu narahatdır. Bu narahatlıq özünü depressiyalarla, aqressiyalarla hər addımda göstərir. Bunun bir elmi izahı var, amma heç bir psixoloq mətbuatda bunu ətraflı izah edə bilmir. Mənim elmi olmasa da, öz mülahizələrim var. Zaman-zaman Allah insanları imtahana çəkir, çünki haqsızlıq hər sahədə önə keçir. Kim bu dövrdə insanlığını qoruyub saxlayırsa, növbəti mərhələdə Allah onu mükafatlandırır.
Siz ruhunuzdakı narahatlıqların elmi izahını bilmək istəyirsinizsə, “Kür” Psixologiya Mərkəzinə müraciət edin. Mərkəz “Gənclik” metrostansiyasının çıxışında: Həsən Əliyev küçəsi, 82Q ünvanında yerləşir (Tel.(012)564-54-62).
Müraciət edin ki, psixoloqların elmi bilikləri əsasında ruhunuz rahatlıq tapsın. Xidmətlər bir ay pulsuzdur.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Mətanət ƏLİYEVA
Bölməyə aid digər xəbərlər