00:02 / 17-10-2025
Bu gün Füzulinin işğaldan azad olunmasından beş il ötür
22:40 / 16-10-2025
Mehriban Əliyeva Vatikanda - Fotolar (Yenilənib)
22:06 / 16-10-2025
Abid Şərifov insult keçirib, vəziyyəti ağırdır
21:46 / 16-10-2025
Trampla Putin Budapeştdə üz-üzə görüşəcək
20:20 / 16-10-2025
Ermənilər Bakıda hakim qarşısına çıxarılıblar
19:43 / 16-10-2025
Döyüş robotu müharibəyə hazırdır
18:48 / 16-10-2025
Yeni tikinti matrealı satışa çıxarılıb - Foto
18:01 / 16-10-2025
Fərhad Əhmədov məhkəmədə: "İnandırmışdılar ki, yaxtanı azad edəcəklər"
17:56 / 16-10-2025
Ramiz Mehdiyevin planının üstü necə açılıb? - Şok detallar
17:09 / 16-10-2025
Daha bir vəzifəli şəxs saxlanılıb - Foto
16:56 / 16-10-2025
Müdafiə Nazirliyi paradla bağlı məlumat yayıb
16:31 / 16-10-2025
Azərbaycan prezidenti Fransa səfirinin etimadnaməsini qəbul edib - Fotolar
16:25 / 16-10-2025
Füzulidəki qəzada dörd nəfər xəsarət alıb
15:57 / 16-10-2025
Çin demoqrafik böhranı texnoloji üstünlüklə həll edir - Foto
15:43 / 16-10-2025
Keçmiş diplomata hökm oxunub
15:17 / 16-10-2025
Avropanın müharibəyə hazırlaşmaq üçün beş il vaxtı var
15:02 / 16-10-2025
Xalq artisti II Fəxri xiyabanda dəfn olunub
14:56 / 16-10-2025
Məhkəmə hakiminin fəaliyyətinə xitam verilib - Foto
14:10 / 16-10-2025
“Ramiz Mehdiyev anti-milli ünsürdür” - DQC sədri
13:44 / 16-10-2025
Ticarət müharibəsi dolları ucuzlaşdırır
13:23 / 16-10-2025
Daha bir səfirin etimadnaməsi təqdim olunub - Fotolar
13:13 / 16-10-2025
Tramp: Hindistan Rusiyadan neft almayacaq
13:05 / 16-10-2025
Təndir çörəyinin ətri - Etibar Cəbrayıloğlu yazır
12:54 / 16-10-2025
Qazaxıstan Çindən Rusiyaya gedən minlərlə yük maşınını sərhəddə saxlayıb
12:38 / 16-10-2025
Sabah yağış yağacaq - Proqnoz
12:29 / 16-10-2025
"QHT işi" üzrə həbs olunan şəxsin məhkəməsi başlayır
12:29 / 16-10-2025
Prezident yeni səfirin etimadnaməsini qəbul edib - Foto
12:23 / 16-10-2025
İlham Əliyev BMT nümayəndəsini qəbul edib - Fotolar
12:12 / 16-10-2025
Ukraynaya yenidən hücum olub, dağıntılar var
12:02 / 16-10-2025
Rusiya təcavüzün ikinci mərhələsinə hazırlaşır
18:07 / 12-10-2025

09:00 / 12-10-2025

09:24 / 12-10-2025

10:19 / 12-10-2025

09:07 / 12-10-2025

17:37 / 15-10-2025

12:30 / 13-10-2025

10:12 / 13-10-2025

12:32 / 13-10-2025

22:14 / 14-10-2025

08:06 / 13-10-2025

13:38 / 13-10-2025

Rasim Musabəyov və məkri-zənən
Tarix: 13-01-2018 14:45 | Bölmə: Mətanət ƏLİYEVA

Eşitdiklərim məni sanki şoka saldı. Fikirləşdim ki, daha yazmağın mənası yoxdur.
Faktı yazmayacam. Bu fakt məndə əminlik yaratdı ki, bəzi məmurlarımız kriminallaşıb, tamahkarlıq gözlərini tamam bağlayıb, ağıllarını elə itiriblər ki, əməllərinin nəticəsini dərk edə bilmirlər.
Belə davam edərsə, faciəvi nəticə uzaqda deyil. Vətəndaşlara ancaq oturub nəticəni gözləmək qalır.
Mən yazmağı sevdiyim üçün yazmaqda davam edəcəm, əsasən başqa sahədə fəaliyyətimi davam etdirəcəm. Çoxdandır müstəqillik illərindən bəri ölkəmizdə baş verən ictimai-siyasi vəziyyət barədə ssenari yazmaq istəyirəm. 1990-cı ildən bəri hadisələrin içərisində olmuşam. Məqsədim hadisələrin xronologiyasını yazmaq deyil. Lazım olanları ümumiləşdirmişəm. Mükəmməl ssenari yazmaq üçün ssenari kursuna yazılmışam. Ssenarini yazandan sonra onun taleyinin necə olacağını bilmirəm. Nə vaxtsa pulum olarsa, o ssenari əsasında film çəkdirərəm. Yaxud ssenari kiminsə xoşuna gələ bilər, onun əsasında film çəkər. Ssenari hazır olanda onu saytımda yayımlayacağam.
Hazırda maraqlı ssenarilərə ehtiyac var. Bu baxımdan oxucuların nəzərinə çatdırım ki, ssenari yazmağı öyrənmək istəyənlər aşağıdakı ünvana müraciət edə bilərlər: Əlövsət Quliyev küçəsi, 131. Telefon: 070-431-21-51 (Bakı film institutu).
Mən yuxarıda yazdım ki, vətəndaşlara oturub gözləmək qalır ki, nə vaxt məmurlarımız öz tamahlarının qurbanı olacaqlar. Bu, əslində düzgün fikir deyil, ona oxşayır ki, vətəndaş oturub gözləyir ki, Allah nə vaxt haqsızın cəzasını verəcək. Allahın cəzası qaçılmazdır, amma vətəndaş da hərəkət etməlidir. Məsələn, jurnalist vicdanla yazmalı, sahibkar obyektini qorumaq üçün qanun çərçivəsində bütün vasitələrdən istifadə etməlidir (qanunlar işləməsə belə). Müəllim tələbəyə vicdanla bilik verməli, həkim vicdanla xəstəni müalicə etməlidir. Yeri gəlmişkən, təhsil və səhiyyəmiz kriminallaşsa da (korrupsiya ən ağır kriminaldır), bu sahədə vicdanla çalışan müəllim və həkimlər az deyil. Sözsüz ki, indiki şəraitdə işləmək onlara çətindir, çirkin mühit onları sıxır, belə vəziyyətdə insanlığı qoruyub saxlamaq çətindir, amma gələcək onlarındır. Əclaflar cəzalarını aldığı kimi, onlar da mükafatlarını alacaqlar.
Televiziya kanallarımızdan başqa cür təklif verənlər də var. Politoloq Rasim Musabəyov deyir ki, şəraiti dəyişə bilmirsənsə, özün dəyiş. Şəxsən mən bunu belə başa düşdüm ki, məsələn, görürsən ki, mühit kriminallaşıb, sən də rüşvət al, oğurluq elə, yalan danış, yaltaqlıq, satqınlıq et.
Mən o adamlarla da razı deyiləm ki, deyirlər, haram pulu yemək olur. Çox sadə bir misal çəkim. Kişi oğurluqla milyonlar qazanır. Bunu əxlaqsız qadınlar görür. Əxlaqsız qadın həyatda qarşısına bir məqsəd qoyur- pullu kişini ələ keçirib onun hesabına firavan yaşamaq. Qadınlar qarşılarına məqsəd qoysalar, istənilən kişini yoldan çıxara bilərlər. Nahaq yerə demirlər ki, Allah insanı şəri-şeytandan, quru böhtandan, məkri-zənəndən qorusun. Əxlaqsız qadın pullu kişini yoldan çıxarır, ailə dağılır, uşaqlar nəzarətsiz qalıb pis yola düşür, kişi başa düşəndə ki, pozğunun toruna düşüb artıq gec olur. Deməli, haram pul faciə gətirdi. O ki qaldı halal yolla pul qazanmağa, əvvəla, halal yolla çox böyük pullar qazanmaq mümkün deyil. Deyirlər ki, böyük pulların arxasında böyük cinayətlər dayanır. İkincisi, halal pul qazanan adam qazandığının qədrini bilir.
İstənilən insanın haqsızlıq qarşısında aciz qalması çox çətindir. Vətəndaşlarımızın üzünə baxsanız hər anda bunun əlamətlərini görərsiniz. Hamı əsəbi, qəzəblidir. 5-10 quldur 10 milyon insanın əsəbləri ilə oynayır, bütün qanunları ayaqlayır, gözü doymur. Haqsızlıqdan bezən bir qrup insan sakitləşmək üçün araq içir, siqaret şəkir, bəziləri özünü öldürür, kiminin ürəyi partlayır, bəziləri başqasını öldürür, imkanı çatana pislik edir.
Haqsızlıqla üz-üzə gələndə məni iki şey sakitləşdirir - yazmaq və torpaqda işləmək. Bu iki işlə məşğul olanda ancaq gözəl şeylər haqqında fikirləşirəm. Bunlar haqqında fikirləşmək də mənə ləzzət edir.
Mən öz oxucularıma təşəkkür edirəm. İnanıram ki, onlar da mənim kimi haqsızlıqla barışmaq, şəraitə uyğunlaşmaq istəmirlər. Oxucularımın kim olması, onların mənim yazılarım haqqında nə fikirləşməsi mənim üçün çox maraqlıdır. Ona görə də xahiş edirəm, oxucularım öz fikirlərini mənə yazsınlar. Əlaqə üçün: [email protected]
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Mətanət ƏLİYEVA
Bölməyə aid digər xəbərlər