17:17 / 19-03-2019
Nazarbayev istefaya getdi
Ən çox qazanan baş məşqçilərin adları açıqlanıb
Tarix: 09-02-2019 13:08 | Bölmə: İdman / Xəbər lenti
Ən çox qazanan baş məşqçilərin adları açıqlanıb

Avropanın Top-5 liqasında ən çox qazanan baş məşqçilərin siyahısı açıqlanıb.

Reyting.az
xəbər verir ki, “L`Equipe” nəşrinin yazdığına görə, İspaniyada aylıq məvacibi ən çox olan məşqçi “Atletiko”nun çalışdırıcısı Dieqo Simeonedir. Argentinalı mütəxəssisin gəliri vergi xərcləri ilə birlikdə 3,3 milyon avrodur.

Ayda 2 milyon avro qazanan “Barselona”nın baş məşqçisi Ernesto Valverde ikincidir. Onu 500 min avroluq gəlirlə “Valensiya”ya başçılıq edən Marselinyo Qarsiya Toral izləyir.

İngiltərədə ən çox qazanan məşqçi isə aylıq 1,9 milyon avroluq gəlirlə “Mançester Siti”yə başçılıq edən Xosep Qavrdioladır.

İkinci sırada “Vest Hem”in çalışdırıcısı Manuel Pelleqrini (950 min avro) qərarlaşıb.

Üçüncü sırada yer alan “Tottenhem”in baş məşqçisi Maurisio Poçettino isə ayda 810 min avro qazanır.

İtaliyada isə bu siyahıya “Yuventus”un çalışdırıcısı Massimiliano Alleqri başçılıq edir. Onun aylıq gəliri 1,14 milyon avrodur.

“Napoli”nin baş məşqçisi Karlo Ançelotti 980 min avroluq məvaciblə ikincidir. 680 min avro gəliri olan “İnter”in çalışdırıcısı Luçano Spaletti isə 3-cü sırada qərarlaşıb.

Almaniyada ən çox qazanan məşqçi “Bavariya”nı çalışdıran Niko Kovaçdır – 580 min avro. İlk 3-lüyü Dortmund “Borussiya”sının baş məşqçisi Lyusyen Favr (500 min avro) və “Leyptsiq”in çalışdırıcısı Ralf Ranqnik (400 min avro) tamamlayır.

Fransada məvacibi ən çox olan baş məşqçi isə Tomas Tuheldir. PSJ-yə rəhbərlik edən alman mütəxəssis ayda 420 min avro qazanır.

Vergilərlə birlikdə aylıq ən çox məvacibi olan məşqçilərin ümumi sıralaması isə aşağıdakı kimidir:

1. Dieqo Simeone (“Atletiko”) – 3,3 milyon avro

2. Ernesto Valverde (“Barselona”) – 2 milyon avro

3. Xoesp Qvardiola (“Mançester Siti) – 1,9 milyon avro

4. Massimiliano Alleqri (“Yuventus”) – 1,14 milyon avro

5. Karlo Ançelotti (“Napoli”) – 980 min avro

6. Manuel Pelleqrini (“Vest Hem”) – 950 min avro

7. Maurisio Poçettino (“Tottenhem”) – 810 min avro

8. Luçano Spaletti (“İnter”) – 680 min avro

9. Niko Kovaç (“Bavariya”) – 580 min avro

10. Marselinyo Qarsiya Toral (“Valensiya”) - 500 min avro

11. Lyusyen Favr (“Borussiya”, Dortmund) – 500 min avro

12. Tomas Tuhel (PSJ) – 420 min avro

13. Ralf Ranqnik (“Leyptsiq”) – 400 min avro.(Mənbə: qol.az)скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}