Pavel Durov Parisdə mənzil axtarır
Tarix: 02-09-2024 08:04 | Bölmə: Cəmiyyət / Xəbərlər
Pavel Durov Parisdə mənzil axtarır

Fransa məhkəməsi tərəfindən zaminə buraxılan “Telegram” messencerinin təsisçisi Pavel Durov məhkəməsi ərəfəsində Parisin mərkəzində mənzil axtarır.

Reyting.az
xəbər verir ki, bu barədə “Paris Match” jurnalı məlumat yayıb.

Nəşr yazır ki, rusiyalı sahibkar gələn həftənin sonunda yeni mənzilə köçməyə hazırlaşır.

Eyni zamanda, məqalədə deyilir ki, o, yeni yaşayış sahəsinin dəyərinin nə qədər olacağı ilə heç maraqlanmır: “O, artıq bir daşınmaz əmlak ovçusuna Parisin “gözəl guşəsində” ona ev tapmağı tapşırıb”.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq
20-11-2024, 08:43 Şamaxıda zəlzələ olub

bütün xəbərlər