Təhsil Nazirliyi əlavə yerləşdirmə aparıb
Tarix: 08-09-2016 10:12 | Bölmə: Cəmiyyət / Xəbərlər

 

 

Təhsil Nazirliyi müəllimlər üçün əlavə yerləşdirmə aparıb.

Nazirlikdən verilən məlumata görə, 3-5 sentyabr 2016-cı il tarixlərində müəllimlərin işə qəbulu üzrə müsabiqədə müvafiq keçid balını toplayan, lakin topladığı bal seçdiyi vakant yer üçün kifayət etməyən və bununla da müsahibə mərhələsinə keçmək hüququ qazanmayan və ya müsahibədə iştirak etməyən namizədlər üçün əlavə yerləşdirmə aparılıb.

4432 nəfər namizəd şəxsi səhifələrinə daxil olmaqla, təklif olunan vakant yerləri seçib və ərizələrini təsdiq ediblər. Ərizələrini təsdiq edən namizədlərdən 773 nəfəri növbəti mərhələyə (müsahibə mərhələsinə) keçmək hüququ qazanıb.

Yerləşdirmənin nəticəsi, müsahibə mərhələsinin keçirilmə yeri və tarixi barədə məlumatlar hər bir namizədin şəxsi səhifəsinə göndərilib. Müsahibə mərhələsinə gələrkən namizədlərdən şəxsiyyət vəsiqəsini, təhsil haqqında sənədin əslini və onun əlavəsini gətirmək tələb olunur.

 





Bölməyə aid digər xəbərlər
17-09-2024, 12:57 Sabah yağış yağacaq
16-09-2024, 13:04 Sabah yağış yağacaq
14-09-2024, 18:01 Hərbçimiz güllələnib