Sabiq icra başçısının həbs müddəti uzadılıb
Tarix: 12-12-2020 13:26 | Bölmə: Cəmiyyət / Xəbərlər
Sabiq icra başçısının həbs müddəti uzadılıb

Səbail Rayon Məhkəməsində Neftçala Rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev və digər vəzifəli şəxslərin barəsində seçilmiş qətimkan tədbirlərinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimatlarına baxılıb.

İclaslar hakim Rəna Qafarovanın sədrliyi ilə keçirilib.

Qərara əsasən, təqdimat təmin edilib və İ.Vəliyev və digər vəzifəli şəxslər barəsində seçilmiş qətimkan tədbirlərinin müddətinin artırılması barədə təqdimatlar təmin edilib.

***

İstintaq orqanı Neftçala Rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev və digər vəzifəli şəxslər barəsində seçilmiş həbs qətimkan tədbirlərinin uzadılması ilə bağlı təqdimatlar verib.

Təqdimatlara Səbail Rayon Məhkəməsində hakim Rəna Qafarovanın icraatında baxılır.

Qeyd edək ki, İ.Vəliyev və digərləri Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar.
İ.Vəliyev və rayonun digər vəzifəli şəxsləri - icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimov rüşvət, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və s. əməllərdə təqsirləndirilirlər./Report




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər