Sədr postu uğrunda mübarizə ata-oğul qarşıdurmasına səbəb olub
Nazir Emin Əmrullayevə bir neçə sual
Baş rejissor: Hazırladığımız 12 tamaşanı “Axır Zaman”la yekunlaşdıracağıq - Müsahibə
Anar Əsədlidən 4 şikayətçi var
Vəkil Zabil Qəhrəmanov həbs olunub
Ramiz Mehdiyevin Rusiyaya yazdığı gizli məktub üzə çıxıb - Fotofakt
1500 illik qızıl sikkə xəzinəsi tapılıb
Qafqazda sülh: Ağ ev Paşinyanı qorumalıdır
Prezident səfirləri geri çağırıb - Yeni təyinatlar - (Yenilənib)
Azərbaycanın Yaxın Şərq həmləsi: Vaşinqtondan dəstək var
"Neftçi" qələbə qazanıb
Qubadlı şəhərinin işğaldan azad olunmasından 5 il ötür
Tarix: 07-06-2017 12:06 | Bölmə: Cəmiyyət / Xəbərlər

"Bu il Azərbaycanda peşə təhsili sahəsində şəffaflığın təmin edilməsi məqsədilə "Asan peşə” layihəsi çərçivəsində Bakı və Gəncə şəhərlərində yerləşən ilk peşə təhsili müəssisələrinə şagird qəbulunu Asan Xidmət Mərkəzləri həyata keçirib. Yeni tədris ilindən qəbulun Asan Xidmət Mərkəzlərinin fəaliyyət göstərdiyi digər şəhər və rayonlarda da həyata keçirilməsi nəzərdə tutulur”.
Reyting.az APA-ya istinadla xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov "Peşə təhsili və təliminin inkişafına Avropa İttifaqının dəstəyi texniki yardım layihəsinin açılış konfransında bildirib.
O deyib ki, Mənzil İnşaat Dövlət Agentliyi ilə əməkdaşlığa əsasən bu ildən Tikinti və quraşdırma üzrə Dövlət Peşə Təhsili Mərkəzinin şagirdləri iş yerində istehsalat təcrübələrinə cəlb edilib. Növbəti tədris ilindən "Gilan holding”lə qarşılıqlı əməkdaşlıq çərçivəsində əmək bazarının tələblərinə cavab verən ixtisaslı kadrların hazırlanması nəzərdə tutulur.
Təhsil Nazirliyi yanında Peşə təhsili üzrə Dövlət Agentliyinin fəaliyyət göstərdiyi müddətdə peşə təhsili ilə bağlı həyata keçirilən layihələrə gəlincə, nazir qeyd edib ki, qısa müddətdə peşə ixtisas təhsili müəssisələrinin əksəriyyətində monitorinqlər aparılıb. Onun sözlərinə görə, nəticədə 32 ilk peşə təhsil müəssisəsi rasionallaşdırılıb və sahələr üzrə ixtisaslaşdırılaraq 13 dövlət peşə təhsili mərkəzlərində yerləşdirilib:
"Bu günlərdə Nazirlər Kabinetinin qərarı olaraq, Qəbələdə iki təhsil müəssisəsinin əsasında müvafiq peşə təhsil mərkəzi yaradılıb. Tezliklə Qəbələ və Gəncədə yeni peşə təhsili müəssisələrinin inzibati binaları istifadəyə veriləcək. İlin sonunadək rasionallaşdırılmış peşə təhsili müəssisələrində çalışan ixtisas fənn müəllimlərinin bilik və bacarıqların diaqnostik qiymətləndirilməsi nəzərdə tutulur”.
Bölməyə aid digər xəbərlər
















ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək