Baxçalıdan Akşenerə gözlənilməz çağırış: "Gəl, bir yerdə seçkiyə gedək"
Tarix: 11-08-2023 00:26 | Bölmə: Dünya
Baxçalıdan Akşenerə gözlənilməz çağırış: "Gəl, bir yerdə seçkiyə gedək"

Dövlət Baxçalının lideri olduğu partiyadan - MHP-dən Meral Akşenerin sədri olduğu İYİ partiyaya gözlənilməz çağırış olub.

Reyting.az
Türkiyə mediasına istinadla xəbər verir ki, bu iki partiya və onun liderləri arasında kəskin münasibətə baxmayaraq, bu gün MHP-nin sədr müavini İsmail Özdemir Dövlət Baxçalının adından İYİ Partiyaya 2024-cü ildə keçiriləcək bələdiyyyə seçkilərinə "bir çətir altında" getməyi təklif edib.

O, sosial media hesabında partiyanın rəsmi bəyanatını paylaşaraq, Akşenerə seçkiylə bağlı yeni ittifaqda birləşməyə hazır olduqlarını nümayiş etdirib:

"Cənab başqanımız (Baxçalını nəzərdə tutur - Reyting.az) 1 avqust 2019-cu il tarixində Twitter-də mesaj verərək, keçmişdə MHP-də olan, sonradan İYİ Partiyaya keçən şəxslərə bir müraciət etmişdi. Yenə cənab sədrimiz sizə hörmətlərini ifadə edərək, İYİ Partiyaya yeni bir çağrışını göndərir və bunu hörmətlə xalqla paylaşır: çağırdıq, dönmədiniz yuvaya, bələdiyyə iqtidarında qonşu olaq, ölkə xeyrinə".

E.ARAZ
Reyting.az






Bölməyə aid digər xəbərlər
bütün xəbərlər