ABŞ Qəzzaya xüsusi təyinatlı qüvvə göndərir
Tarix: 11-10-2023 14:08 | Bölmə: Dünya
ABŞ Qəzzaya xüsusi təyinatlı qüvvə göndərir

Amerika ordusunun xüsusi təyinatlı “DELTA Force” və “SEAL Team” komandalarının keçmiş üzvləri Qəzzada əməliyyata başlayırlar.

Reyting.az
xatırladır ki, 2007-ci ildən Qəzza zolağına rəhbərlik edən HƏMAS bu ilin oktyabr ayının 7-də səhər saatlarında İsrailə hücuma keçiib. Bu, HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam dəstəsi üçün İsrailin sərhəddə qurduğu sədləri keçərək kilometrlərlə içəridə yerləşən yaşayış məntəqələrinə çatması üçün bir ilkdir.

Hücum nəticəsində yüzlərlə mülki şəxs və İsrail əsgəri ölüb.

HƏMAS üzvləri yeddi fərqli nöqtədən İsrailin yaşayış məntəqələri və şəhərlərinə daxil olaraq İsrail ordusu ilə təxminən 72 saat döyüşüb. Təl-Əviv rəhbərliyi artıq sərhəd xəttinə nəzarəti ələ keçirib və Qəzzaya hücumu davam etdirir.

Hazırda İsrailin döyüş təyyarələri Qəzzanı intensiv şəkildə bombalayır və yüzlərlə dinc sakin həyatını itirib. İsrail ordusu quru əməliyyatına başlayacağına dair açıq siqnallar versə də, davam edən hava hücumlarında girovların öləcəyindən ehtiyatlanır.

HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam briqadası bazar ertəsi elan edib ki, İsrail mülki əhalinin evlərinə zərbələr endirərsə, girovlar bir-bir edam ediləcək. Təşkilatın sözçüsü Əbu Ubeydə əlavə edib ki, edamlar audio və video vasitəsilə yayımlanacaq.

Dünya HƏMAS-ın əlində olan girovların necə xilas ediləcəyi ilə maraqlanarkən, ABŞ-ın Nyu-York şəhərindəki Con Kennedi hava limanında çəkilmiş kadr böyük əks-səda doğurub. ABŞ-da yerləşən “Messenger” media orqanına danışan səlahiyyətlilər, Amerika ordusunun xüsusi təyinatlı “DELTA Force” və “SEAL Team” komandalarında keçmiş illərdə xidmət etmiş bir komandanın İsrailə gedəcəyini və orada girovların xilas edilməsi əməliyyatlarında iştirak edəcəyini yazıb. Bildirilir ki, istefada olan xüsusi təyinatlı əsgərlərin girov əməliyyatında iştirakı Amerika ordusundan asılı olmayan bir addımdır.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}