20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Belqoroda yenidən hücum cəhdi olub
Tarix: 17-10-2023 23:37 | Bölmə: Dünya
Belqoroda yenidən hücum cəhdi olub

Rusiya hərbçiləri Belqorod vilayəti üzərində Ukraynaya məxsus pilotsuz uçuş aparatını (PUA) məhv edib. Reyting.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, oktyabrın 17-də Moskva vaxtı ilə saat 21:00 radələrində Kiyevin Rusiyadakı hədəflərə təyyarə tipli PUA ilə terror aktı törətmək cəhdinin qarşısı alınıb.

Qeyd edək ki, bundan əvvəl vilayətin qubernatoru Vladislav Qladkov hava hücumundan müdafiə sisteminin Belqorod vilayətində PUA vurması barədə məlumat vermişdi. İlkin məlumatlara görə, tələfat və dağıntı yoxdur.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər