Rusiya nüvə silahının Belarusa daşınmasını yekunlaşdırıb
Tarix: 26-12-2023 14:36 | Bölmə: Dünya
Rusiya nüvə silahının Belarusa daşınmasını yekunlaşdırıb

Rusiyanın Belarusa çatdırmağı planlaşdırdığı bütün nüvə silahları artıq bu ölkədədir.

Reyting.az
xəbər verir ki, bunu Rusiyanın nüvə silahlarından danışarkən Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.

Xatırladaq ki, mayın 25-də Rusiya və Belarusun müdafiə nazirləri Belarus ərazisində taktiki nüvə silahının yerləşdirilməsi ilə bağlı sənədlər imzalayıblar. Növbəti ay Rusiya prezidenti Vladimir Putin Rusiyanın nüvə silahlarının bir hissəsinin artıq Belarusda olduğunu söyləyib.

İyunun sonunda isə Aleksandr Lukaşenko Rusiyanın yerləşdirdiyi nüvə silahlarının “istifadəsi üçün alqoritm”in hazırlanmasını əmr edib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}