18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Ukraynaya hərbi yardım üçün yeni fond yaradacaqlar
Tarix: 22-01-2024 14:10 | Bölmə: Dünya
Ukraynaya hərbi yardım üçün yeni fond yaradacaqlar

Avropa İttifaqı rəsmiləri bu həftə Ukraynaya hərbi yardım üçün yeni planı nəzərdən keçirməyə başlayacaqlar.

Reyting.az
xəbər verir ki, bu barədə xarici KİV-lər yanvarın 19-da təqdim olunan planın layihəsinə əsasən yazıblar.

Məlumata görə, Avropa Sülh Fondundan 6,5 milyard avronun ayrılacağı və 2024-2027-ci illərdə isə ildə beş milyard avronun da köçürüləcəyi xüsusi fondun yaradılması nəzərdə tutulur.

Yeni fondun pulunu Avropa İttifaqı ölkələrinin Ukrayna üçün birgə silah - pilotsuz uçan aparatlar, hava hücumundan müdafiə raketləri və döyüş sursatları almaq xərclərini kompensasiya üçün istifadə etməyi planlaşdırırlar. Həmçinin, vəsaitin bir hissəsi Ukrayna hərbçilərinin Avropa İttifaqında təliminin maliyyələşdirilməsinə yönəldiləcək.

Avropa İttifaqının (Aİ) yeni planı təsdiq edilərsə, üzv ölkələr növbəti dörd il ərzində Ukraynaya verəcəkləri “on milyardlarla avro” hərbi yardım müqabilində Aİ fondlarından 20 milyard avrodan çox vəsaiti öz büdcələrinə qaytara biləcəklər.

Plan layihəsində Aİ ölkələrinin 2024-cü ildə hərbi yardıma görə 7,5 milyard avro məbləğində kompensasiya alması nəzərdə tutulur.

Aİ liderlərinin bu təklifi fevralın 1-nə planlaşdırılan sammitdə də nəzərdən keçiriləcək.

Y. QACAR




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}