16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Ermənistandakı Rusiya hərbçiləri arasında dava düşüb
Tarix: 13-11-2018 17:08 | Bölmə: Dünya
Ermənistandakı Rusiya hərbçiləri arasında dava düşüb

Gümrüdə dislokasiya olunan Rusiyanın 102-ci hərbi bazasında hərbçilər arasında dava olub.

Reyting.az Ermənistan mediasına istinadən bildirir ki, gecə saat 3-də Kumayriy polis şöbəsinə daxil olan zənglə Gümrü şəhərindəki Mazmanyan küçəsində vətəndaşların bərkdən söyüşdükləri, mübahisə etdikləri və dalaşdıqları haqda məlumat verilib.

Evlərdən birinin birinci mərtəbəsində 102-ci hərbi bazanın artilleriya diviziyasının ikinci batareyasının radisti, 21 yaşlı sıravı Vladislav Romadin və həmin bazanın sürücüsü, 20 yaşlı sıravi Dmitri Krasnin dava etdikləri müəyyənləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}