Gürcüstanın baş prokuroru istefa verib
Tarix: 23-05-2024 11:09 | Bölmə: Dünya
Gürcüstanın baş prokuroru istefa verib

Gürcüstanın baş prokuroru İrakli Şotadze istefa verib.

Bununla bağlı baş prokuror rəsmi sosial şəbəkə səhifəsində yazıb.

O bildirib ki, həkimlərin tövsiyələrini nəzərə alaraq bunu edir: "Hazırda Gürcüstanın baş prokuroru vəzifəsini tərk etmək qərarına gəldim. Səhhətimdə yaranan problemlərə görə öz səlahiyyətlərimi həyata keçirməyə davam edə bilmərəm”.

Qeyd edək ki, İ.Şotadze 18 fevral 2020-ci ildə bu vəzifəyə seçilmişdi(Report).




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}