Ruslar şəhərə “S -300” raketləri ilə hücum edib
Tarix: 15-10-2024 10:54 | Bölmə: Dünya
Ruslar şəhərə “S -300” raketləri ilə hücum edib

Rusiya ordusu Ukraynanın Nikolayev şəhərinə raket zərbəsi endirib. Zərbə nəticəsində bir qadın ölüb, 16 nəfər yaralanıb.

Reyting.az
xəbər verir ki, Nikolayev şəhərinin rəhbəri Vitali Kimin faktı təsdiqləyib.

Onun sözlərinə görə, oktyabrın 15-də, təxminən 02:30 radələrində ruslar şəhərə “S -300” tipli raketlərlə hücum edib. Nəticədə infrastruktur qurğusu, restoran kompleksi, ticarət pavilyonları, yaşayış binaları və avtomobillər zədələnib. Bir qadın ölüb, 16 nəfər xəsarət alıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}