16:39 / 28-11-2024
Sabah qar yağacaq
12:08 / 28-11-2024
Sabah yağış yağacaq
Rusiyanın ATACMS-la vurulması nüvə təhlükəsini artırıb?
Tarix: 28-11-2024 15:43 | Bölmə: Dünya
Rusiyanın ATACMS-la vurulması nüvə təhlükəsini artırıb?

ABŞ Ukraynaya öz raketləri ilə Rusiya ərazisinə hücum etməyə icazə verdikdən sonra Rusiya Federasiyasından ehtimal olunmayan nüvə hücumu riski artmayıb.

Reyting.az
xəbər verir ki, bunu “Reuters” agentliyi son 7 ay ərzində Amerika kəşfiyyatının məlumatları ilə tanış olan mənbələrə istinadla yazıb.

“Qiymətləndirmələr ardıcıl olub: ATACMS (306 km mənzilli raketlər - Red.) Rusiyanın nüvə hesablamalarını dəyişməyəcək”, - ABŞ Konqres üzvlərindən birinin köməkçisi deyib.

Agentlik yazır ki, Rusiya Avropa hədəflərinə qarşı təxribat kampaniyasını genişləndirməklə Ukraynaya verdiyi dəstəyə görə Qərbə təzyiqi artırmağa cəhd edə bilər.

Corctaun Universitetinin Avrasiya, Rusiya və Şərqi Avropa tədqiqatları üzrə direktoru Angela Stent bildirib ki, Rusiya Federasiyasının hibrid reaksiyası narahatlıq doğurur: “Eskalasiya ehtimalı heç vaxt olmasa da, indi narahatlıq artıb”.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər